525.Az

"Apple" "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarını təqdim etdi

[10.09.14]
"Apple" "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarını təqdim etdi<b style="color:red"></b> "Apple" şirkəti bu gün öz yeni smartfonlarını təqdim edib. Smartfonlar "iPhone 6" və "iPhone 6 Plus" adlanır və görünüş baxımından çox nazikdirlər.

Lent.az-ın ictnews.az-a istinadən verdiyi xəbərə görə, "Apple" ekranların təsvir ölçüsünü retina hd adlandırıb. Ekranların diaqonalları 4.7 və 5.5 düym təşkil edir. "iPhone 6 Plus" smartfonu üçün ekranın təsvir ölçüsü 1920x1080 düym (1080p və ya Full HD), "iPhone 6" cihazında isə1334x750 nöqtə təşkil edir.
 
"iPhone 6" smartfonunun qalınlığı 6,9 mm, "iPhone 6 Plus"da isə 7,1 mm-dir, hər iki qurğu "iPhone 5S"dən daha nazikdir.
 
"iPhone 6" smartfonuna 64 bitlik "A8" prosessoru quraşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 25% daha məhsuldardır, qrafikanın emalı 50% yaxşılaşdırılıb.
 
Əsas kamera 8 meqapiksel qalıb, amma "iSight" sensoru yenilənib.
 
Yeni "iPhone" smartfonları "iOS 8" platforması ilə işləyəcək. Artıq sentyabrın 17-dən  "iOS 8" platformasını yükləmək mümkün olacaq.
 
İlk dəfə "iPhone" smartfonları 128 QB-lıq versiyada əlçatan olacaq. Beləliklə, "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarının 16, 64 və 128 QB-lıq qızılı, gümüşü və tünd boz rəngdə versiyaları əlçatan olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.