525.Az

"Gücümüz qalmadı"

[10.09.14]
"Gücümüz qalmadı"<b style="color:red"></b>

“İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik”.

Qol.Az-ın xəbərinə görə, bu sözləri Azərbaycan millisinn baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsinin ilk turunda Bolqarıstan millisinə uduzduqları oyundan sonra deyib.
 
Almaniyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Eksperimentlərinizin nəticəsi bu idi?

- Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi.
 
- 70 dəqiqədən sonra oynaya bilməməyimizin səbəbi nədi?

- 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.
 
- Azərbaycan yığması bu oyunla hara gedir? Təkcə Maltanı udmaqla, AÇ-yə çıxacağıq?

- Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı.
 
- Son görüşlərdən sonra millini gələcəyinə dair ümidləriniz var?

- Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.