525.Az

Rusiya hərbçiləri Aralıq dənizi bölgəsində ballistik raketin buraxıldığını qeydə alıblar

[09.09.14]
Rusiya hərbçiləri Aralıq dənizi bölgəsində ballistik raketin buraxıldığını qeydə alıblar<b style="color:red"></b> Rusiyanın raket hücumundan xəbərdarlıq sistemi bu gün Moskva vaxtı ilə saat 12:30 radələrində Aralıq dənizi üzərindən ballistik raketin buraxıldığını qeydə alıb.
 
APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti rəisi İqor Konaşenkov deyib.
 
Raketin buraxılmasını Armavirdə yerləşən radiotexniki mərkəz qeydə alıb. Hədəf mərkəz tərəfindən 40 saniyə müşahidə edilib.
 
İ. Konaşenkovun sözlərinə görə, raketin uçuş trayektoriyası Aralıq dənizinin mərkəzi hissəsindən şərq sahilləri istiqamətində olub.
 
Raket Tel-Əviv şəhərindən 300 km şimalda yerə düşüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.