525.Az

Azərbaycanın mədəniyyət, ədəbiyyat və dövlətçilik tarixinin dünyada təbliğinə böyük töhfə

[19.08.14]
Azərbaycanın mədəniyyət, ədəbiyyat və dövlətçilik tarixinin dünyada təbliğinə böyük töhfə<b style="color:red"></b>

Azərbaycanın dahi şairi mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında araşdırılması təbliği istiqamətində son vaxtlar olduqca önəmli addımlar atılmaqdadır. Bəşəriyyətin yetirdiyi ən nəhəng ən parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə, yeni dövrün tələblərinə uyğun tədqiqinə tanıdılmasına yönələn bu addımlar, əvvəla, şairin adını yaradıcılığını yenidən bütün dünyanın diqqət mərkəzinə çıxarır. Digər tərəfdən, ədəbi irsi bütün mahiyyəti etibarilə bəşəri, dünyavi səciyyə daşıyan Nizaminin adıyla paralel olaraq, ümumən Azərbaycanın Qafqazın müxtəlif sahələrə aid aktual məsələləri gündəmə gətirilir. Bu isə, öz növbəsində, Azərbaycanın Qafqazın aparıcı ölkəsi, onun dünyaya açılan qapısı, siyasi, iqtisadi mədəni lideri olduğunu bir daha isbatlayır.

Sözügedən istiqamətdə son dərəcə gərəkli, məqsədyönlü təşəbbüslərin irəli sürülməsi həyata keçirilməsinə başlanması ilk növbədə görkəmli ədəbiyyatşünas alim, Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın adı ilə bağlıdır. Nizaminin dünya çapında daha yüksək səviyyədə öyrənilməsində yeni mərhələnin başlanğıcı sayıla biləcək çox əlamətdar bir addım - Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması məhz akademik Nərgiz Paşayevanın ideyası, onun israrlı cəhdlərinin  nəticəsidir. Azərbaycan dövlətinin mühüm dəstəyi ilə gerçəkləşən bu son vaxtlar ölkəmizin beynəlxalq miqyasda qazandığı ən dəyərli nailiyyətlərdən biri kimi artıq müasir tariximizdə öz yerini tutub.

Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin təşkili ilə bağlı çalışmaların praktik-əməli nəticələri ötən ilin ikinci yarısında meydana çıxmağa başladı bununla əlaqədar həm xaricdə, həm ölkə daxilində bir neçə önəmli tədbir keçirildi.

Moskva Dövlət Universitetinin Bakı Filialında bu mövzuda gerçəkləşdirilən dəyirmi masada isə Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin açılması uğrunda görülən işlərə ətraflı aydınlıq gətirildi. Yüksək səviyyədə təşkil olunmuş həmin müzakirəyə Azərbaycanın dövlət rəsmiləri, elmi ictimaiyyətinin səlahiyyətli nüfuzlu nümayəndələri qatılmışdılar. Mərkəzin ideya müəllifi aparılan işlərin təşəbbüskarı olan akademik Nərgiz Paşayeva ilə yanaşı, sözügedən tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov digər tanınmış alimlər, tarixçilər, şərqşünaslar, linqivistlər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Akademik Nərgiz Paşayeva iştirakçılar qarşısındakı çıxışında bildirmişdi ki, 2013- il oktyabrın 28- Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə həmin universitetə gedib orada görüş keçirib, müvafiq danışıqlar aparıb. Oksfordda Azərbaycanla bağlı tədris tədqiqatların son dərəcə aşağı, hətta yox səviyyəsində olması akademiki dərindən narahat edib britaniyalı alimlərlə müzakirələr zamanı Nərgiz Paşayeva belə bir təklif irəli sürüb ki, Oksford Universitetinin nəzdində yeni elmi mərkəz açılsın. Həmin Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi kimi tanınsın, qəbul olunsun, sonrakı nəsillər onun imkanlarından istifadə edə bilsinlər. Oksford Universitetinin nümayəndələri bu təklifi razılıqla qarşıladıqdan sonra Nərgiz Paşayeva yaradılacaq Mərkəzə dahi Nizami Gəncəvinin adının verilməsini təklif edib. Britaniyalı alimlər isə Oksford Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini vurğulayıblar. Nərgiz Paşayeva isə onların qeydinə belə bir tutarlı cavab verib: 

"Mən onlara Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyümü bildirdim. Dedim ki, mən Nizaminin simasında millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri yanaşmaları bir araya gətirən bir sima görürəm. Əgər siz razı olsanız, biz bu Elmi Mərkəzi Nizami Gəncəvinin şərəfinə adlandıracaq işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq. Mənə təklif etdilər ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, yüksək müstəvidə bir mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun".

Dəyirmi masadakı çıxışında akademik Nərgiz Paşayeva bu təşəbbüsdə əsas məqsədin Oksford Universiteti kimi tanınmış elm ocağında Azərbaycan tarixini, dilini, ədəbiyyatını təbliğ edən Mərkəzin yaradılması olduğunu iştirakçıların diqqətinə çatdırıb: "Yəni əsas məqsəd Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil. Onsuz da Nizaminin həyatı, əsərləri, fəlsəfəsi, kəlamları buna sübutdur".

N.Paşayevanın sözlərinə görə, belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri Azərbaycanın Sovet dövründə beynəlxalq aləmdə özünü sübut etməyə imkan tapmayan elm adamlarını, ictimai xadimlərini dünyada tanıtmaqdır: "O zaman bunun obyektiv səbəblərindən biri bu idi ki, Sovet dönəmində heç bir ictimai elm sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idi".

N.Paşayeva həmin çıxışında qeyd edib ki, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var: "Bu əsərlər Oksford Universitetində tədris edilən kitablardan - almanların, ingilislərin, fransızların yazdıqları kitablardan da elmi dərəcəsinə elmi nüfuzuna görə əskik deyil. Danışıqlar zamanı məlum oldu ki, universitet əməkdaşlarının bu barədə məlumatı yoxdur. Ona görə bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq. Onlar bundan sonra, irəli sürülən bu təşəbbüsün vacibliyini, dəyərini vurğuladılar".

Bundan əlavə, akademik Nərgiz Paşayeva sözügedən tədbirdə bildirib ki, Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap olunan elmi aləmə məlum olan kitabları yox dərəcəsindədir: "Bu elmi mərkəz açılandan sonra, əlbəttə ki, belə bir elmi problemlərin həllinə aramla, sistemli şəkildə başlanılacaq. Artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında memorandum imzalanıb hazırda bu istiqamətdə davam etdirilir.

(Ardı var)

S.ABDULLAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.