525.Az

Ağdamda mərhum jurnalist Sarvan Ağayevin xatirəsi anılıb

[19.08.14]
Ağdamda mərhum jurnalist Sarvan Ağayevin xatirəsi anılıb<b style="color:red"></b>

Avqustun 14- Ağdamda, Cəmənli kəndində, Seyid Lazım Ağa Ocağında rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun təşəbbüsü ilə mərhum jurnalist Sarvan Ağayevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə rayonun rəhbər işçiləri, mərhumun keçmiş yoldaşları həmkarları iştirak edirdilər.

Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə şəhid olanların, Qarabağ həsrəti ilə dünyadan köçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən, Seyid Lazım Ağanın nəvəsi - Yusif ağa müqəddəs Qurandan ayələr oxuduqdan ehsan verildikdən sonra mərasim iştirakçıları mərhum jurnalist haqqında xatirələrini bölüşdülər. Yazıçı-jurnalist Surxay Əlibəyli, "Azərbaycan işıqları" qəzetinin baş redaktoru Elşən Əliyev, "Qarabağ" qəzetinin əməkdaçı Əntiqə Rəşid, rayon ziyalılarının nümayəndəsi Rövşən Şükürov başqaları mərhumun doğma Ağdama bağlılığından söz açdılar, onun Qarabağ müharibəsi haqqında həqiqətləri, köçkünlük ağrılarını öz yazılarında ürək yanğısı ilə qələmə aldığını, faciəli ölümünə qədər yorulmadan fəal ictimai apardığını diqqətə çatdırdılar. Həyatdan vaxtsız köçmüş ağdamlı ziyalının xatirəsinə göstərilən ehtirama görə rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədova minnətdarlıq bildirildi.

Mərasimi yekunlaşdıran Raqub Məmmədov vaxtilə Ağdamda gənclər təşkilatına -komsomol komitəsinə rəhbərlik etdiyi dövrdən Sarvan Ağayevi yaxından tanıdığını, təcrübəli komsomol işçisi kimi onunla daim məsləhətləşdiyini xatırladı, mərhumun jurnalist ailəsində böyüdüyünü, valideynlərinin özünün mətbuatımızın inkişafı üçün unudulmaz xidmətlər göstərdiklərini qeyd etdi. İcra hakimiyyəti başçısı bu məclisin keçirilməsini mərhumun ruhu qarşısında mənəvi borcun yerinə yetirilməsi kimi səciyyələndirdi.

Xatırladaq ki, "Qarabağ" qəzetinin redaktoru Sarvan Ağayev bu il iyulun 17- Bakıda avtomobil qəzası nəticəsində həlak olub.

Allah rəhmət eləsin!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.