525.Az

Ağdamda yeni arxeoloji materiallar aşkar edilib

[19.08.14]
Ağdamda yeni arxeoloji materiallar aşkar edilib<b style="color:red"></b>

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək 22 qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları aşkar edilib.
 
Bu il aparılan tədqiqatlar zamanı nekropolda daha 4 qəbir açılıb. Qəbirlərdə ölülər başı qərb, ayaqları şərq istiqamətə olmaqla, sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunublar. Skletlərin ətrafında 10-a qədər müxtəlif tip keramika nümunələri - küpə, kuzə, sərnic, cam və s. var. Aşkar edilən maraqlı tapıntılardan biri də ölünün belindəki kəmər və ona bağlanmış dəmir xəncərdir.
 
Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə (eramızdan əvvəl XII-XI əsrlər) davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun, inkişafını, Qarabağ əhalisinin dəmirdən istifadə etdiyini göstərir.
 
Arxeoloji tədqiqatlar sentyabrın əvvəllərinədək davam edəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.