525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

[03.11.12]
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

Şəxsiyyət anlayışı barədə

(Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya)

(Əvvəli ötən şənbə saylarımızda)


Antonin
kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.

Mark Avreli

    

Pittak (b.e.ə. 620-570-ci illər) Afina ilə müharibədə qoşunlara komandanlıq edəndə afinalı sərkərdəni döyüşə çağırmış aldatmaqla onu öldürmüşdü. Hökmdar olduqda qanunları idarəetməni qaydaya salmış, sonra isə səlahiyyətlərindən imtina etmişdi. Ona bu ibrətamiz sözlər aid edilir: “Mülayimliyi sev!”, “Hər şeyin vaxtını bil”.

Xilona (b.e.ə. 600-540- illər) belə nəsihətlər aid edilir: “Dilini saxla!”, “Hədələməbu arvad işidir”, “Öz evində ağalıq etməyi öyrən!”

Biant (b.e.ə. 590-530-cu illər) məhkəmədəki nitqləri ilə məşhurlaşmışdı. Demişdi ki, daha yaxşısı odur ki, dostlarının yox, düşmənlərin arasındakı mübahisəni araşdırasan, dostlarından biri bundan sonra düşmən olacaq, düşmənlərindən isə biri dostun olacaqdır. “Çoxluqşərdirməşhur aforizmi ona məxsusdur.

Anaxarsis (b.e.ə. VI əsrin birinci yarısı) çar nəslindən olan skif idi. Onun nitqlərinin ağıllılığı afinalılarınskif kimi danış!” zərb-məsəlinə çevrilmişdi. Afinaya gələndə Solona çatdırdı ki, onu görmək onunla dost olmaq istəyir. “Dostluğu vətəndə qururlarcavabına o, etiraz etdi: “Solon elə vətənindədir, niyə özünə əlavə dost tapmasın”. Onun bəzi məşhur iti sözləri bunlardır: “Hər bir üzüm tənəyi üç salxım verir: həzz, sərxoşluq ikrah hissi”, “Ən təhlükəsiz gəmisahilə çıxarılan gəmidir”, “Bazarqanunsuzluğun qanuniləşdirildiyi yerdir”.

Dünyanın yeddi müdriki barədəki lakonik məlumat heç belə təsəvvür yaratmamalıdır ki, yalnız iti düşüncə tərzinə, hazırcavablığa malik olanlar, danışıqları zərb-məsələ çevrilənlər şəxsiyyət adlandırılmalıdır. Bu büsbütün səhv fikir olardı. Bəzən savadsız şəxsiyyətlər belə adamları heyran edən ağıla qabiliyyətlərə malik olurlar onlar öz əməllərinin miqyası ilə bəşər tarixinə təkrarı olmayan hərbi qələbələr çalmaq ya iri imperiyalar yaratmaqla düşmüşlər. Çingiz xan, bu adKainat hökmdarımənasını verirdi, dünyada misli bərabəri olmayan iri qitə imperiyası yaratmışdı. Onun imperiyasının ərazisi 31 milyon kv. kilometri əhatə edirdi, bu, XX əsrin imperiyası olan SSRİ ərazisindən 9 milyon kv. kilometr böyük idi ya Yerin quru hissəsinin beşdə birini, o vaxt məlum olan Avroasiyanın 2/3-ni təşkil edirdi. Çingiz xanın imperiyasının ərazisi ABŞ-ın indiki ərazisindən 3,5 dəfə böyük idi. Çingiz xan ilk dəfə həmin dövr üçün ən qabaqcıl konstitusiyanı – “Yasanımeydana gətirmişdi. O, anlamışdı ki, xalqı idarə etmək üçün qanunlar lazımdır. Çingiz xanın qanunları sərt cəzalar nəzərdə tuturdu. Hərbi yürüşlərində çoxlu qan axıtmasına baxmayaraq, buna istər arvadı Börteni xilas etmək üçün boyu arabanın oxundan yuxarı olan bütün  tatarları qırmaq haqqında əmr verməsi, istər Xarəzmi işğal edəndə şəhəri qarət etmək siqnalı kimi uca bir yerdənİndi ot biçmək vaxtıdırçağırışı ilə döyüşçülərini vəhşiliyə səsləməsi nümunələri daxildir. Ancaq öz imperiyasının idarə edilməsində heç qəddar tədbirlərə əl atmırdı. Bir sərkərdə dövlət xadimi kimi o, indiyədək öz unikallığını qoruyub saxlayır.

Teymurləng ya əmir Teymur savadsız adam olsa da şahmat oynamağı, müdrik alimlərlə söhbət etməyi çox xoşlayırdı. O, öz imperiyasına Səmərqənd kimi gözəl paytaxt şəhəri saldırmışdı işğal etdiyi bütün ölkələrdən bura ən istedadlı memarları dəvət edirdi. Köçəri tayfalardan olan ilk sərkərdə dövlət xadimi idi ki, bu günə qədər memarlıq abidələrinin gözəlliyi möhtəşəmliyi ilə hamını heyran edən bir şəhər yaratmaqla, gələcək üfüqlərə boylanmaqla öz uzaqgörənliyinə əsl abidə qoymuşdur.

Pont çarı VI Mitridat Yevpator savadsız olsa da, otuza qədər dil bilirdi. Misir çariçası Kleopatra təkcə öz dövrünün geniş yayılmış dillərini deyil, hətta ölkəsindəki xalqların dillərini bilməklə, onlarla öz dilində ünsiyyətə girməklə fərqlənirdi.

VI Mitridat da, Çingiz xan da, Termurləng başqa fatehlər kimi çoxlu qan axıtmışdılar, hərbi uğur qazanmaq üçün hiyləgərliyə əl atırdılar, məsələn, Mitridat bir gündə Kiçik Asiyada 80 min mülki romalının qətlinə səbəb olmuş, Çingiz xan Çinə hücum vaxtı döyüşdə əsir götürdüyü çinliləri qabağa salıb öz döyüşçülərini onların arxasınca düzürdü bu əsirləri özlərini müdafiəsi vaxtı ölümə məhkum etməklə, onların yaxınlarını isə qatillərə çevirirdi. Lakin onlar dünya tarixində əlamətsiz ötüb keçən şəxslər olmamışlar, tarixi yaradanlar kimi ərazilərdən fərqli olaraq onun səhifələrini əbədi olaraq zəbt etmişlər.

Bəlkə şəxsiyyəti təkcə məşhur ağıl fərasət adamları arasında axtarmaq da düzgün deyildir. İnsan çox vaxt davranış motivasiyasına görə bütün başqalarından yaxşı tərəfə fərqlənməklə, özünün həqiqətən şəxsiyyət olduğunu biruzə verir. Bununla əlaqədar german xalqlarının mifologiyasından olan bir nümunəyə müraciət etmək istərdim. Bu əsatirdə deyilir ki, qüdrətli knyazlardan birinin ailəsində bir qız uşağı dünyaya gəlir. Körpə gözəl cizgilərə malik idi yeniyetməliyə qədəm qoyduqda füsunkar bir gözələ çevrildi. Lakin qızın anadangəlmə bir qüsuru da var idiağlayanda gözlərindən yaş əvəzinə daş-qaş tökülürdü. Bunu qız özü üçün qüsur saysa da, valideynləri üçün ən arzu olunan, sevinc gətirən bir xüsusiyyət idi. Onlar istəyirdilər ki, qız tez-tez ağlasın ki, knyazın xəzinəsi daha da zənginləşsin. Ətrafdakı feodallar da bunu eşidib oğlanlarına almaq üçün qıza elçi düşdülər, axı belə qızı almaq sehrli xəzinə tapmağa bərabər olardı. Lakin qız hətta valideynlərinin təkidinə baxmayaraq belə nikah təkliflərindən imtina edirdi. Bir dəfə bir gənc çoban qızı gördükdə ona vuruldu, oğlan da ilk görüşdən qıza xoş gəlmişdi. Oğlan knyazın qızına elçi düşdükdə, hamının təəccübünə səbəb olan bir hadisə baş verdiqız çoban oğlana ərə getməyə razılıq verdi. Knyaz çobanın cəsarətinə, qızının qərarına da məəttəl qalmışdı, bu suallara cavab tapa bilmirdi. Ona görə ata qızının əlini xahiş edən oğlanla görüşüb, belə qəribə istəyinin səbəbini öyrənmək istədi. Oğlan knyazınnəyə görə bu qıza evlənmək istəyirsənsualına qısa cavab verdi:

Qızınızı görən kimi ona vuruldum. Bircə şeyə and içmişəm ki, əgər ona evlənsəm, ömründə bir dəfə olsun onun ağlamasına imkan verməyəcəm.

Ata oğlanın pak hisslərini anlasa da, dünyada belələrinin olmasına öz təəccübünü gizlədə bilmirdi. Digər bütün varlı elçilər qıza yalnız sərvət mənbəyi kimi baxdıqlarından ona sahib olmağa can atırdılar, bu kasıb çoban oğlan üçün isə daş-qaşın heç bir əhəmiyyəti yox idi, onun üçün ən vacib olan onun hissləri, müqəddəs məhəbbəti idi.

Bütün başqaları maddi maraq prizmasından qızla nikaha girməyə çalışsa da, çoban tam başqa motivasiya üzrəsevdiyi qızla müqəddəs ittifaqa girmək barədə düşünürdü. O, bilirdi ki, sevənlərin kəbini göylərdə kəsilir göylər onun bu izdivacını alqışlayacaqdır. Təkcə bir motivasiya baxımından bu oğlanı şəxsiyyət adlandırmaq daha düzgün olardı, çünki o, xalqının adlı-sanlı adamlarından, şöhrət dənizində üzən feodallardan daha yuxarıda dayandığını yalnız bu məqsədinin saflığı ilə sübut etmişdi.

İnsan daim həyatın irəli sürdüyü suallara cavab verməyə, imkanlar çoxluğunda düzgün seçim etməyə çalışır. Şəxsiyyət müvafiq şərtlərdən yuxarıda dayanmağa öz hərəkətlərinin əvvəlki xarakterini dəyişməyə qadir olur. Günah hissini qəzəb hissini aydınlaşdırmağın özündə şəxsiyyətə məxsus olan xüsusiyyət meydana çıxır. Bunu biz bir qəribə yapon pritçasının timsalında görürük. Samuray yolla gedirdi bir rahiblə qarşılaşdı ona müraciət etdi: “Müdrik adam, mənə cənnətin cəhənnəmin olduğunu söylə”. Rahib ona baxıb, dedi: “Sən belə iri güclüsən, ancaq çox kobudsan, səndə bu qədər güc vardır, ancaq şüur isə tamamilə yoxdur, – sən heç vaxt cəhənnəmin cənnətin olduğunu başa düşməyəcəksən”.

Samuray hiddətləndi, qılıncını çıxarıb rahibi vurmaq istədi: “Mən səni bu saatca yarı böləcəyəm, sən məni necə təhqir edə bilərsən?” Elə bu an rahib ona dedi: “Bax bucəhənnəmdir”. Samuray fikrindən daşındı, qılıncı qınına qoydu, rahibə baş əyib, üzr istədi. Bu vaxt rahib dedi: “Bax, bu isəcənnətdir”. Əvvəlcə kobudluqla hərəkət edən samuray öz reaksiyasını düşüncə tərzini dəyişdirməyi bacardı. Məhz belə davranışı onu şəxsiyyət səviyyəsinə yüksəldir.

Bunlar həyatda nadir hallarda da olsa rast gəldiyimiz nümunələr sırasına daxildir. Tarixi yaradanlar isə daha nəhəng şəxsiyyətlər olub, əsrlər keçsə   insanların maraq dairəsini tərk etmirlər. Onların ölməz əməllərinə ehtiram əsasən bəşəriyyətin böyük amallarına yalnız vurğunluq nümunəsi kimi qiymətləndirilməlidir.

Şəxsiyyətlərdən söhbət gedərkən, onların qüdrəti zəkası, mərdliyi cəsarəti ilə fərqlənən bəzi əcdadlarını yada salmamaq insafsızlıq olardı. Axı onlar əsrlər ərzində nəsilbənəsil öz ağılları əməlləri ilə nümunə rolunu oynamaqda davam ediblər, insanları böyük ideallar uğrunda mübarizə aparmağa səsləyiblər. Onlar bir-birlərinə bənzəmirlər, heç kəsi təqlid etməyə səy göstərməmişlər. Ona görə gələcək nəsillər üçün müəyyən ali məqsədlərin simvollarına çevrilmişlər. Onların hərəkətlərində bəzən gizli hazırlıq hiyləgərlik nişanələri olsa da, böyük əməllərində özlərinə məxsus olan qeyri-adi cəsarət nümayiş etdirmişlər. Onların bütün həyatı igidlik, cəsarət üçün birinci əlamət olduğu kimi, ömürlərinin sonunda da onun son təsdiqini üzə çıxaran axırıncı nəcib akkordu da vurmağı bacarırlar. Onlar haqlı risqlərə getməkdən çəkinməmişlər, geri çəkilib xilas olmaqdansa, hər cür sınaqlara sinə gərib həlak olmaq variantını da nəzərdən qaçırmamışlar.

Onların hər biri təkcə özlərinə ad-san, şöhrət qazanmamışlar, həm xalqlarını belə fəxr əlaməti ilə mükafatlandırmış, ölkələrinə xalqlarının özlərinin şəxsində iftixar mənbəyi, sitayiş edilməyə layiq olan bir mehrab yaratmışlar. Ona görə onların təkcə əməlləri deyil, bəlkə birinci növbədə ruhları yaddaşlara həkk olunmuşdur. Vicdan yanğısı kimi əlçatmazlığa can atmaq da heç vaxt qocalmır, axı ömrün sonunda cismani həzzlər yoxa çıxdıqda insanlara əsasən şöhrət həzz verir. Bəlkə onların bəziləri həyatdan çox tez getmişlər, öz becərdikləri ağacın meyvəsini dadmağa da macal tapmamışlar, lakin onlar sonrakı əsrlərdə yaşadıqlarından, bir qədər paradoksal görünsə , ölümə qalib gəlmişlər. Onlarla bir dövrdə yaşamış milyonlar toz dənələrinə, kölgələrə çevrilmişlər, özləri isə bəşəriyyətin əbədi yolçuları adını qazanmaqla, ömürlərini min illərlə, yüz illərlə uzatmağa müvəffəq ola bilmişlər.

Təbii kataklizm dövrlərində, dəhşətli xəstəliklər yayılanda çoxları uzun müddət əzab çəkməmək üçün gözəl faydalı bildiklərinə nail olmağa can atır. Onları Tanrıdan qorxu, insan qanunları saxlaya bilmir, çünki belə vaxtlarda heç kəs öz cinayətinə görə məhkəməyə cəzaya çatacağına qədər yaşamağa ümid etmir. Belələri ağır hökm başlarının üstünü alana qədər həyatdan vasitə iləsə səfehcəsinə həzz almaq istəyinə əsir olurlar. Şəxsiyyətlər isə ölümün onları kölgə kimi izlədiyini hiss etdikdə belə, öz nəcib məqsədlərindən uzaqlaşmırlar. Aristotel hesab edirdi ki, hər şey öz səbəb mənbəyinə öz məqsəd təyinatına malikdir. Böyük şəxsiyyətlər yəqin ki, böyük işlər üçün dünyaya gəlmişlər xoşbəxtlikdən onlar özlərinin məqsəd təyinatlarını da çox erkən anlamağa başlayırlar. Bu məqsəd onlar üçün yol göstərən ulduz rolunu oynayır, ona çatmaq yolunda onlar hər cür əzab-əziyyətlərə dözürlər, hətta özlərinin həyatlarını qurban versələr , bəşəriyyətin təəccübünə heyrətinə səbəb olan bu məqsədin zəfərində, təntənəsində bilavasitə iştirak etməsələr , onların məhz hökmən baş verməsinin ilkin şərtlərini hazırlayıb həyata keçirirlər, bunu isə özlərinin müqəddəs borcu hesab edirlər.

(Ardı var)

Telman ORUCOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.