525.Az

Oralarda kimlər var: Orxan Aras-3

[03.11.12]
Oralarda kimlər var: <b style="color:red">Orxan Aras-3</b>

ORXAN ARAS A-dan Z- (3)

Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb.


UVERTÜRA

Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır hətta türk şeirində türk ədəbiyyatında QÜRBƏTÇİLƏR deyə bir yaradıcı qurum, cərəyan  da olmuşdur.Təbii ki, QÜRBƏT anlamında bir həqiqi ağrılı qürbət bir ədəbi yaradıcıların içində yaratdığı bir QÜRBƏT anlayışı var.Məsələn : poetik desək Salyandan Bakıya gələn hər bir yaradıcı da, bəzən Bakını özünə qürbət kimi görə bilər.Amma bu qürbət təbii ki, Türk ədəbiyyatındakı QÜRBƏTÇİLƏRİN qürbətidir, əsl anlamda desək, Qarsdan baş götürüb Almaniyaya gedən bir yazarın bir insanın qürbət halinə oxşar. İkincilər daha dərin daha acıvericidir.Bu anlamda Orxan Aras daha acı, iki qat bir qürbət içindədir: Orxan Arasdədə yurdum Azərbaycandır” – deyir, Qarsa yerləşsələr , bir zamanlar  oranı da qürbət kimi görüb o qürbətdən daha dərin olan bir qürbətə Almaniyaya üz tutub,yüzlərlə, minlərlə türk qürbətçisindən fərqli olan bəlkə onlardan biri olaraq tamam başqa bir  dadda həyat yaşayır .Almaniyada da Azəraycan sevdasından əl çəkmir bu dərdin ucbatından da iki kitab yazır həmin mövzuda : AZƏRBAYCAN DAVAMIZ QARABAĞ MÜBARİZƏMİZ.Təbii ki, indicə oxuyacağınız sorğuda bəlkə Azərbaycan teması ilə bərabər, iki qürbət çəkən bir insanın dərdli ürəyinin səsini eşitmək bu ağrını daşıyan ürəyin tabına dözməyin zorluluğu var.

Ortaq türkcə qədər mümkündü bunun üçün hansı yollar var?

Ortaq türkcə bizim nəslin xəyalıdır.Bunu sadəcə türkçülük, turançılıq adına söyləmirəm.Doğrusu heç işə yaramaz adamlar tərəfindən bu kimi terminlərin, yəni türkçülüyün istismar olunmasına, yalanlarla bəzənməsinə dəli oluram. Bu məsələ, yəni dil məsələsi ideolojilərdən, siyasətdən ayrı olmalıdır. Çünki Azərbaycanın əbədi olaraq bağımsız yaşaması üçün bu gərəklidir.Bunu həm bu millətin var olması, əbədi olması iqtisadi olaraq eynən Avropadakı kimi geniş bir coğrafiyada fayda görməsi üçün söyləyirəm. Hər ağlı başında insan 250 milyon insana  həm kitabıyla, həm satacağı malıyla, həmdəki milli problemlərini anladacağı propoqandasıyla xitab etməyi istər. Ortaq dil sadəcə Azərbaycan üçün deyil Türkiyə üçün yararlıdır.Düşünün, siz burda bir kitab yazacaqsınız vəya qəzet çıxaracaqsınız Daşkənddən İstanbula  qədər oxucusu  olacaq! Bundan daha gözəl bir şey olarmı? Bilirsiniz, isveçrəlilər almanca danışarlar. Fərqli bir ləhcələri var, çox diqqət etmədinmi başa düşmürsən. Amma yazınca oxuyunca onlarınHoch Dəutschdedikləri gəlişmiş ortaq almanca ilə yazıb oxurlar. Heç kimsə qalxıb bizim ləhcə pozulur demir.Ərəblər da eyni.Lübnan ərəbcəsiylə fars ərəbcəsi çox fərqlidir.Amma yazınca ortaq ərəbcə ilə yazıb hamısı anlayır.İngiltərənin gerçək gücü ingiliscədir.

Ortaq türkçədə bizim üçün bir güc, bir ortaq birlik silahı olmalıdır.Təbii ki, Sovet ideolojisi ilə yetişmiş gözünü açdığından bəri eyni propoqandaya məruz qalmış insan üçün ortaq türkcə kimi sözlər qəbuledilməz kimi görünür.Amma dünyadakı iqtisadi siyasi dəyişimləri izləyənlər, hərgün internetlə uğraşanlar, ticari insanlar ortaq dilin qədər gərəkli olduğunu daha yaxşı anlarlar.Hətta bəziləri bir neçə kəliməyi ortalığa atıb  : “baxın, bu kəlimə bizdə belə, Türkiyə türklərindən beləanlaşıldığı üçün dilimiz ayrıdır deyənlər birazcıq insaflı elmi düşünsələr hər dildə, hətta ləhcədə fərqliliklər, hətta çox fərqliliklər olduğunu anlarlar. Nədi o bəziləri deyir ya ortaq türkcə olursa bizim Azərbaycan türkcəsi yox olacaqdır.Bu təməldən yanlış bir düşüncədir. Anadoluda çox fərqli ləhcələr var.Mən Ege bölgəsindəki ləhcəyi çox diqqətlə dinləməsəm anlayamam.Bu insanlar 80 ildir İstanbul türkcəsində oxuyub yazırlar ləhcələri hələ dəyişmədi. İğdırda yaşayan Azərbaycan türkləri...

Eləcə mənim anam-atam Türkiyə türkcəsində deyil, Azərbaycan türkcəsində danışırdılar.Yəni dəyişəcək, yox olacaq təbliğinin əsli-əsası yoxdur.Ortaq türkcə deyincə, kimsə Vaqifin dili yox  olsun deyilmir.Sadəcə terminlər birləşsin, yabancı dildən gəlmiş sözlər atılaraq, ortaq sözlər alınsın deyilir o zaman bu 100 il öncə çıxan QaspıralınınTərcümanqəzetini birbaşa oxumamıza yardım edəcəkdir.Mən bir Azərbaycan türküyəm, amma rusca bir kəlmə belə bilmirəm sözlərdəki yüzlərcə rusca kəlmə mənim üçün bu dili yabançılaşdırır.Məsəla: yanımda tanıdıqlarım, nahar üçün, uçak üçün, havalimanı üçün rusca sözlərdən istifadə edirlər.Niyə?Uçaq deyilsə qiyamətmi qopacaq?Amma mən inanıram ki,gələcəkdə bu mütləq olacaqdır. qədər əngəl olunsa da, yuxarıda dediyim kimi su axıb yatağını tapacaqdır

.Baxın, sadəcə bu tərsƏhərfi bizim başımıza bəlalar gətirir? Ahmet Cevatla əlaqəli internetdə bir şeyə baxacağım tərsƏ”-yi yazmadığım üçün tapa bilmirəm.Bunun kimi  neçə məsələ çıxır ortaya...Ayrıca burdakı bu ortaq türkcəyə olan biganəliyi bir türlü anlamıram.Halbuki bütün Güney azərbaycanlı şair yazarlar çoxdan ortaq türkcə yazmaya başladılar.Təbii ki, burda da var.Amma yetərli deyil.Yollar özü-özlüyündən ortaya çıxır. Şükür ki, artıq gənc yazıçılar lazım olan sözləri alırlar. Keçənlərdə   Adil Mirseyid bir şeir kitabını mənə hədiyyə etdi.Gördüm ki, çox gözəl ortaq sözlərdən istifadə etmiş.Siz yazılarınızda bol-bol istifadə edirsiz,Tofiq əfəndi Avropadakı arkadaşlar bu üzdən sizi məmnuniyyətlə sevərək oxuyurlar. Bu olacaq, bundan geriyə dönüş yoxdur!!!!!!!


Bildiyimiz kimi siz elmi işlə məşğulsunuz.Bu işiniz yerdədi?

Elmi işim bitmək üzərə..Bunun üçün bir il Berlində qaldım Frei Universitetin  arxivində Əsəd bəyin vaxtiyləƏdəbiyyat Dünyasıqəzetində çap olunmuş məqalələrini incələdim, tərcümə etdim.İnşallah, çox keçmədən oxucular bu harika məqalələrlə tanış olacaqlar.

Bakı sürətlə dəyişir bu dəyişiklik bir çox ziyalıda həm  narazılıq yaradır : yəni tarixi məkanlar, tarixi yerlər sıradan çıxır.Türkiyədə Almaniyada bu işlər necə yola verilir?

Gerçəkdən Bakı çox dəyişdi,modernləşdi.Yollar, körpülər yenilənir,binalar tikilir.Avropa da son dönəmlər  çox dəyişdi. Bilirsiz, Berlinin yarısı Sovetlərin işğalındaydı.İkinci Dünya müharibəsindən sonra demək olar ki,heç bir şey dəyişməmişdi.Divar yıxıldıqdan sonra oldu bunlar.Amma Berlin tarixi qoxusunu itirmədi.Tofiq Abi, hər şəhərin özünəməxsus bir ruhu var.Avropalılar buna çox diqqət edirlər. Londona, İtaliyaya, Fransaya gedənlər tarixi məkanların necə qorunduqlarını görürlər.Çox acı ki,bizlər buna çox biganəyik.Əskidən Türkiyə beləydi. Amma indi dəyişdi Türkiyədə tarixi yerlər qorunmağa başlandı.Bakı Azərbaycanın can damarıdır.Əlbətdə ki, dəyişməli modernləşməlidir. Amma yabancılaşmamalıdır. Şəhərin ruhu da insanın ruhu kimidir. Yabancılaşdımı insanı xəstə edər. Düşünün, bir insan yaşadığı şəhərdə öz sokağını, öz xətirlərinin yaşadığı məkanları tapa bilmirsə, necə qərib olur.Sanki bu insanı bir gecə yatmışkən alıb başqa bir məmləkətə götürmüş kimi olursan.Buna diqqət edilməlidir.İçərişəhər eynən Venedik, Roma qədər önəmlidir.Orda bu xalqın tarixi, sosyal həyatı, adətləri, yaşayış şəkilləri vardır. Orayı pozmaq azərbaycanlının ruh dünyasıyla oynamaq kimidir.Daha yeni tanış olduğum Murat Köhnəqala mənəBulut Pinəçisihekayəsindən danışdı.O hekayədə, bir qadın, balkondan aşağıda duran sevdiyi adamın başına kiçik bir daş atar adam yuxarı baxınca qadını görür.Bunlar evlənirlər adam qadının yuxarıdan atdığı daşı bir üzüyün qaşına yerləşdirir qarısına hədiyyə edər, qadın da ömür boyu o üzüyü barmağından çıxarmaz.İnsanların həyatlarında kiçik bir daşın belə qədər qiyməti vardır.O da qalsın ki, bir şəhərin, bir küçənin, bir evin...Hər yıxılan divar, yüzlərcə xatirəni birlikdə yox edir.

ORXAN ARASdan ŞEİRLƏR

ÖLÜM ALIN YAZIMIZ

Bizlər sanki ölüm süvariləriyik.Hər kəs bir yerimzi qaşıyır, sonra gülə-oynaya ölümə göndirir bizi.Ölərkən bizlər sevinrik,bizi ölümə göndərənlər .Bizlər yaşamın darlığından,umudların tükənməsindən ölümü toy olaraq görürkən, bizləri ölümə göndərənlər isə, onların əvəzinə ölümə gedəcək insanları tapdıqları üçün.Yəni gözəl xalqımın deyimiylə:

Alan məmnun, satan da məmnun”.

Ölümə alın yazımız

Gülüm, gönüllü

Ümidləri yedik sevgidə,nazda

Süngüsüz,

Tüfəngsiz,qərənfillərlə

Ölümə yer verdik qucağımızda

Ölüm bizim yazımız

Dündən bu günə

Sevgi boxcası da dürülü qaldı.

Zamanı zamansız kəlamla pozduq

Keçmş

Qəlbimizdə hörülü qaldı.

Ölümə alın yazımız

Hər anmızda

Gah vicdansız

Gah izansız biriylə

Ölüm yazımdır vətənimizdə

Şərqin xəyal dürlü gerçəkləriylə

Gülüm,

Bəzədilər ölümü rəng-rəng

Ölüm yanımızda sanki yar kimi

Həsrət üfiqində hey buram-buram

Mələdik ölümə quzular kimi.

Ölüm alın yazımız

Tümen be tümen

Qütbdən-qütübə axdı qanımız

Qapılar qapandı üzlərimizə

Ölümə açıldı dörd bir yanımız.


 
(
Davam edəcək)

Tofiq ABDİN

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.