525.Az

Misir Mərdanov: "Məktəblərdə italyan dili öyrədiləcək"

[07.09.12]
Misir Mərdanov: "Məktəblərdə italyan dili öyrədiləcək"

Yeni tədris ilinin ikinci rübündən etibarən pilot olaraq seçilən məktəblərdə italyan dilinin tədrisinə başlanılacaq.

Bu barədə 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, artıq sözügedən məktəblərdə hazırlıq işlərinə başlanılıb:

“İlk əvvəl bu dil pilot məktəblərdə tədris ediləcək. Sonra məktəblərin sayı artırılacaq. Bu vaxta qədər orta məktəblərdə xarici dil kimi rus, ingilis, fransız və alman dili tədris olunub. Biz çalışacağıq ki, italyan dili də məktəblərdə bu dillər kimi yüksək səviyyədə tədris edilsin. Təbii ki, bi iş tədricən həyata keçiriləcək”.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.