525.Az

“Girovlarla bağlı məlumat verilməməsi onların işgəncəyə məruz qaldığını təsdiqləyir”

[21.07.14]
“Girovlarla bağlı məlumat verilməməsi onların işgəncəyə məruz qaldığını təsdiqləyir”<b style="color:red"></b>

“Ermənilər heç zaman öz əməllərində beynəlxalq hüquqa söykənməyib. Son günlər baş verən proseslər bunu bir daha sübut edir”.

Bunu Modern.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev ermənilərin girov götürdükləri Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun taleyi barədə açıqlama verilməməsinə münasibət bildirərkən söyləyib: “Uzun zaman keçməsinə baxmayaraq, erməni tərəfindən girov götürlən Dilqəm Şahbaz, Həsən Həsənov barəsində məlumat verilməməsi bir daha göstərdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi öz işinə daha ciddi yanaşmalıdır. Bu ciddi və xoşagəlməz haldır ki, Azərbaycan torpaqlarından qaçqın düşmüş insanlar öz torpaqlarında tutulub və onlara olmazın işgəncələr verirlər. Kütləvi informasiya vasitələrindəki materiallarda onların işgəncələrə məruz qalması açıq-aydın görünür. Hesab edirəm ki, BQXK bu barədə düşünməlidir”.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. Onlar 17 yaşlı erməni gəncini öldürməkdə ittiham olunurlar.

Girov düşmüş 3-cü şəxs Həsən Həsənov barədə isə dəqiq məlumat verilmir. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.