525.Az

Ukrayna ordusu Donetsk vilayətinin Dzerjinsk şəhərini separatçılardan azad edib

[21.07.14]
Ukrayna ordusu Donetsk vilayətinin Dzerjinsk şəhərini separatçılardan azad edib<b style="color:red"></b>

Ukrayna ordusu və Milli Qvardiyası Donetsk vilayətinin Dzerjinsk şəhərini separatçılardan azad edib.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. Şahidlər Dzerjinsk şəhər İcraiyyə Komitəsinin binası üzərində Ukrayna bayrağının dalğalandığını bildiriblər. 
 
Qondarma “Donetsk Xalq Respublikası”nın “baş komandanı” İqor Girkin (Strelkov) da Dzerjinskdən geri çəkildiklərini təsdiqləyib. O, qüvvələrin qeyri-bərabər olduğunu və yaxınlıqdakı (20 km) Qorlovka şəhərinə çəkildiklərini deyib. Xatırladaq ki, Qorlovka separatçıların ən güclü dayaq məntəqələrindən biridir. Orada separatçı-terrorçu qruplaşmaya “Bes” ləqəbli Rusiya vətəndaşı İqor Bezler rəhbərlik edir.
 
Antiterror əməliyyatını davam etdirən Ukrayna qüvvələri Luqansk şəhəri ətrafında strateji əhəmiyyətli Georgiyevka yaşayış məntəqəsini də silahlılardan təmizləyib. Bu barədə Antiterror Mərkəzinin mətbuat xidmətindən açıqlama verilib: “Bu yaşayış məntəqəsində Alçevsk, Rovenki və Krasnodondan gələn yollar kəsişir. Bu kommunikasiya üzərində nəzarət imkan verir ki, Luqansk şəhərindəki silahlıların silah-sursatla təmin olunmasının qarşısı alınsın”. 
 
Donetsk şəhəri ətrafındakı Peski yaşayış məntəqəsi də Ukrayna tərəfinin nəzarətinə keçib. 
 
Xatırladaq ki, bu gün Ukrayna ordusu Luqansk vilayətinin Rubejnoye şəhərini də azad edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.