525.Az

Ramazanda Qədr gecələri

[21.07.14]
Ramazanda Qədr gecələri <b style="color:red"></b>

Ramazan ayı hicri təqvimə daxil olan on iki ay içərisində müqəddəs ay hesab edilməkləayların sultanıadı ilə tanınır. Bu ay Allah tərəfindən seçilmiş ilahi təlimlər ayı olması, bütün səmavi kitabların bu ayda nazil olması, qədr gecəsi kimi xüsusi mərhəmət bağışlanılma gecəsinin bu ayı daha da fəzilətli etməsi, İslam dininin ən böyük bayramının bu ayla bağlılığı digər bu kimi xüsusi özəllikləri olan üstün bir aydır. Ramazan ayı İslam dinində Allah tərəfindən seçilmiş bir nümunə ayı kimi qərar verilmişdir. Bu ilahi qərar insanlara bir ay boyunca qüsursuz yaşam tərzini öyrədir. Ramazan ayı bütünlüklə bir ibadət ayıdır. Onu başqa aylardan fərqləndirən ən mühüm cəhət budur. Bu ay həm bir mərhəmət, bağışlanılma ayıdır. Bu ayda oruc tutmaq İslam dininin vacib şərtlərindən biridir. Bu ilahi hökm sonuncu səmavi din olan İslam dinində tam bir təlim formasındadır. İndiyə qədər bizə məlum olan heç bir təlim insan psixikasına, onun dünyagörüşünə, yaşayış tərzinə orucluq qədər güclü təsir göstərə bilməmişdir. Orucluq şərtlərinə əməl edən hər bir müsəlman bu ayda ilahi mərhəmətdən daha çox faydalanma imkanlarına sahibdir.

 

Bu ayda Allah tərəfindən elə bir gecə nəzərdə tutulub ki, bu gecədə, yəni Qədr gecəsində səmimi qəlbdən Allaha üz tutub, oyaq qalıb, ibadət tövbə edərək əvvəlki günahlara bir daha dönməmək şərtilə əfv diləyən hər bir müsəlman günahlarının bağışlanılmasına nail ola bilər. Qədr gecəsi haqqında Qurani-Kərimin ayrıca bir surəsi var. Orada Allah buyurur:

 

(1)“Həqiqətən Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”(2) “(Ya Peyğəmbər) Sən bilirsən ki, Qədr gecəsi nədir?!”(3) “Qədr gecəsi min aydan daha xeyirlidir!”(4).“O gecə mələklər ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.”(5).“O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”. (Əl-Qədr surəsi).

 

Qədr gecəsi elə bir möcüzəli gecədir ki, Allah bu gecənin yaratdığı gecələr içərisində daha üstün, fəzilətli, hətta min aydan daha xeyirli olduğunu bildirir.Bu müddət isə təxminən 83 ilə bərabərdir. Az insan tapılır ki, indiki dövrdə səksən il yaşasın. Deməli, bu gecənin xeyir bərəkəti o qədər böyükdür ki, bir insanın bütün ömrü boyu əldə edə biləcəyi xeyir, bərəkət rəhmətdən daha artığı həmin gecədə toplanmışdır. Quran da bu gecədə nazil olmuşdur. Belə bir sual oluna bilər ki, necə olur ki, Qurani-Kərim həm 23 ilə gəlir, həm bir gecədə nazil olur? Bildiyimiz kimi Qurandan başqa bütün səmavi kitablar bir dəfəyə, kitab şəklində ya daş lövhələrdə endirilmişdir. Yeganə kitab Qurandır ki, bəlkə sonuncu kitab olduğu üçün,zaman tarixi şərait nəzərə alınaraq, ictimai münasibətləri tədricən tənzimləmək insanları bu həyat tərzinə yavaş-yavaş alışdıraraq ayə-ayə endirilmişdir. Qədr gecəsində isə bir dəfəyə Məhəmməd Peyğəmbərə(s.v.s) oxunmuşdur. Bəzi hədislərdən məlum olur ki, nəinki Quran, bütün səmavi kitablar bu gecədə nazil olmuşdur.

 

Dediyimiz kimi bu gecə xüsusi mərhəmət rəhmət gecəsidir ki, Allah tərəfindən bir lütf olaraq yer üzünə insanlara bəxş olunmuşdur. Məhəmməd Peyğəmbərin(s.v.s) bildirdiyi kimi bu gecə şeytanın tam zəncirləndiyi gecədir. Bu gecədə Yer üzünə heç bir bəla gəlməz. Mələklər hər ibadət dua edən insanın dualarının qəbul olunması üçün Allaha yalvarıb amin deyərlər. İslam dininə görə bu gecədən üstün bir gecə yoxdur. Bu gecənin dəqiq vaxtı bilinmir. Bəzi hədislərdə Məhəmməd Peyğəmbər (s.v.s) bu gecənin Ramazan ayının son on gününün tək gecələrinə düşdüyünü bildirir.Belə hədislərin birində deyilir: “İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s.v.s) demişdir: “Qədr gecəsini Ramazanın son on gecəsinin tək gecələrində, ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın.”(Səhih əl-Buxari,2021-ci hədis)

 

Ramazan ayının ibadət zirvəsi hesab olunan bu gecə ilahi nurun Yer insanlar üzərinə daha çox işıq saçaraq yayıldığı, mərhəmət qapılarının tam açılaraq Allahın, “günahlarını bağışlatmaq istəyən qul yoxdurmu onu əfv edim?” dediyi müqəddəs bir gecə olmaqla yanaşı, həm bir imtahan gecəsidir. Bu gecənin fəziləti bərəkət ağırlığıo qədər böyükdür ki, hər müsəlman onun üçün yaradılmış bu gözəl imkandan yararlanmalı, ya da ən azından həmin gecəyə hörmətsizlik göstərməməlidir. O gecə hətta bəzi halal işlərin görülməsi, məsələn, cinsi əlaqə, fiqh alimləri tərəfindən məqbul sayılmamışdır. Öz-özlüyündə onsuz da günah olan əməllərin, məsələn, spirtli içki içmək, zina etmək, donuz əti yemək, böhtan demək, qeybət etmək, qumar oynamaq, söyüş söymək, dava salmaq s. əməllərin bu gecədə edilməsinin cəzası bir neçə dəfə artıq olmaqla Allahın qəzəbinə səbəb olar. Çünki insan üçün ilin bu gecəsinin mərhəmət, rəhmət, bərəkət, nur şəfaət gecəsi kimi qərar verilməsi insanların bu gecəyə necə münasibət bəsləmələrinin xüsusi izlənilməsi üçün hətta mələklər Yer üzünə enib şahidlik edərlər. Mütəmadi Allaha ibadət etməyən müsəlmanlara da həmin gecəyə hörmət etmək, günah etməmək, əfv diləmək vacib sayılır.

 

Bəziləri Qədr gecəsində oyaq qalıb ibadət etdikdən sonra isə bir dəyişiklik gözləyirlər. Bu əqli cəhətdən doğru deyil. Çünki axirət dünyası olmasaydı biz axirətə iman gətirməsəydik, mütləq mükafatımızı bu dünyada alacağımızı fikirləşməyimiz doğru olardı. Amma duaların qəbul olunub- olunmamasını, yaxud əməllərimizin mükafatlandırılmasının bu dünyada, yoxsa axirətdə olacağına yalnız Allah qərar verir. Hətta biz bəzən nəyin bizim xeyrimizə olacağına belə əmin deyilik. Yaxşısını Allah bilir. Yasin surəsində Antakiyalılara göndərilən elçilərə iman gətirməyi məsləhət görən bu səbəbdən qövmü tərəfindən daşqalaq edilən Allahın cənnətlə mükafatlandırdığı Həbib Nəccarın dediyi kimiKaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı nəyə görə hörmət sahiblərindən etdi!”(Yasin,26-27)

 

Bu üzdən insan qədr gecələrində bağışlanıb-bağışlanmadığını dəqiq bilmir. Hətta onu gözləyən hər hansı bir bəlanın bu dualar vasitəsilə vaxt ondan uzaqlaşdırılacağını da bilmir. Amma iman vasitəsilə Allahın verdiyi vədin doğruluğuna inanan insan Allahdan günahlarının bağışlanmasını mükafatını diləyir. Allaha olan imanını möhkəmləndirir səmimiyyətlə Ona üz tutur, ümidi daha da artır. Bu insana bir arxayınlıq hüzur verir. Çünki insan əməllərinin boşa getmədiyini ortada da Allah mükafatının olduğunu hiss edəndə istər-istəməz imanı artır uzun müddət bu əhval-ruhiyyənin təsirində qalır, ya da ən azından günahlarını azaldır Allahın himayəsinə sığınaraq özünü güvəndə hiss edir.

 

Əvvəldə dediyimiz kimi, Qədr gecəsinin müsəlman üçün hikməti böyükdür. Bu hikmətin əsasını bu gecənin bağışlanılma gecəsi olması təşkil edir. İslam dininə görə müsəlman üçün qazandığı elə bir günah yoxdur ki, bu gecədə bağışlanılması mümkün olmasın. Hətta ən böyük günah olan şirk belə bağışlanıla bilər. Amma bu işin şərtləri var.Əgər insan günahlarının bağışlanılmasını istəyirsə mütləq şəkildə tövbə etməlidir.Qurani-Kərimin bu haqda ayrıca surəsi var. Tövbə surəsinin bir ayəsində Allah buyurur: “ Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə(zəkat) alar Allah tövbələri qəbul edəndir, rəhimlidir?!”.(ət-Tövbə,104) Tövbənin əsasını həmin günah əmələ bir qayıtmamaq şərtilə Allaha verilən vəd təşkil edir. Çünki tövbə etdiyin işi əgər məcburiyyət ölüm təhlükəsi səbəbindən etmisənsə, amma Allaha verdiyin vədə qəlbən sadiqsənsə Allah sadiqləri sevər onların tövbələrini heç vaxt geri çevirməz. Tövbənin əsas şərtlərindən biri insanın etdiyi pis niyyət yaxud əməldən peşman olmasıdır. Peşmançılıq, özünü günahkar, təqsirkar bilmək təəssüf hissi günahların bağışlanılmasına başlıca vəsilədir. İslam dininə görə əməldən peşman olmayanın tövbəsini Allah qəbul etməz. Çünki bu hissin yaranmaması insanı Allaha verdiyi vədi pozmağa həmin pis niyyət əməllərin təkrar olunmasına təhrik edir. Qurani-Kərimdə Alah buyurur: “ O müttəqilər ki, bir günah gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanılmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar”. (Ali-İmran,135)

 

Əvvəldə dedik ki, Qədr gecəsi günahların daha çox bağışlanılması gecəsidir.O gecə günahlarını bağışlatmaq istəyən insan mütləq tövbə etməlidir. Sual olunur:“ Qədr gecəsi səmimi qəlbdən tövbə edib günahlarını bağışladan insan sonra öz pis əməllərinə davam edərsə onun əvvəlki günahı silinmiş, bağışlanmış vəziyyətdə qalır, yoxsa günahı yenidən hesaba alınır?”.Çünki hər bir günahkar istər ki, ən azından günahlarını azaltsın, bu gecənin hikmətindən yararlanaraq günahlarını bağışlatdırsın, yəni sıfra endirib yenidən öz əvvəlki həyatını davam etdirsin. Bu Allahı aldatmaq istəyi deyilmi? Allah ilahi elmi ilə nəinki hər il qədr gecələrində, hələ insaniyyət yaranmamışdan hər kəsin necə olacağını əvvəlcədən bilib yazmışdır. Aldanmaq insani xüsusiyyətdir. Kiminsə aldanması onun gələcəyi görməməsi gələcəkdə qarşı tərəfin özünü necə aparacağını bilməməsi səbəbindən baş verir. Yəni, həmin anın sonrası ona qaranlıqdır.Allah isə Qədr gecəsində yaxud başqa günlərdə tövbə edən insanların hansının gələcəkdə verdiyi vədi yerinə yetirəcəyini  əvvəlki əməllərinə dönüb- dönməyəcəyini bildiyi üçün aldana bilməz. Aldanmaq Allaha xas keyfiyyət deyil. İnsan isə yalnız öz-özünü aldadar.Ona görə Qədr gecələrində yaxud başqa günlərdə edilən tövbələrin əsasında səmimiyyət həmin əmələ bir geri dönməmək durur.

 

Qədr gecələrində oxunan duaların da əvvəlki günlərdə oxunan dualarla müqayisədə önəmi çox böyükdür. Çünki Qədr gecəsi duaların diləklərin qəbul olunması gecəsidir. Bu dualar istər şəxsi, istərsə ümumi dualar olsun, fərq etməz. Əsas şərt insanın Yaradanının olmasını qəbul etməsi, ona şərik qoşmaması səmimi qəlbdən Allaha əl açaraq diləyini ondan istəməsidir. Qurani-Kərimdə Allah buyurur: “ (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”(əl-Bəqərə,186)

 

Ümumiyyətlə, Qədr hesab olunan gecələrdə oxunan duaların hansı formada edilməsindən çox şey asılıdır.Bu duaların Quran ayələri ilə qüvvətləndirilməsi onların Allahın öyrətdiyi şəkildə edilməsi vacibdir.Ən əsası isə Allaha əl açan hər bir müsəlmana Allah öz adlarını çəkməklə duaya başlamağı tövsiyə edir. “ Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin.”(əl-Əraf,180) Dua edənlərin çox vaxt etinasız yanaşdıqları bu hökm duaların qəbulu baxımından çox vacibdir. Çünki diləklərin istənildiyi yeganə ünvan, ən uca varlıq olan Allah özü bunu duaların qəbulu, habelə dua edənin əl açdığı varlığa hörmət əlaməti olaraq onun adının çəkilməsinin daha düzgün olduğunu bildirir. Çünki heç bir Quran ayəsi Allahın adları qədər üstünlüyə, dəyərə malik deyil. Hər dua edənin Allahın adlarını çəkməsi nəinki bu duaları mükəmməl edir, hətta həmin insanın ilahi mərhəmətdən daha çox faydalanması Allahın sevgisini qazanması üçün mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Peyğəmbər(s.v.s) bir hədisdə bildirir ki, “Allahın adlarını daim çəkən insanı cəhənnəm odu yandırmaqdan həya edər”. Bu üzdən qədr gecələrində oyaq qalıb ibadət edən hər bir kəsin bu adları zikr etməsi olduqca vacibdir. Məhşur İsmi-əzəm duası da bu adların içindədir.Bu həmin möcüzəli dua Allah tərəfindən bəzi peyğəmbərlərə onların vəlilərinə öyrədilmişdir. Rəvayətə görə Süleyman Peyğəmbərin üzüyündə bu dua yazılıbmış (Tarixi-Təbəri I cild), onun vəziri Asəf ibn Bərxiya isə Səba hökmdarı Bəlqisin taxtını bir göz qırpımında bu dua ilə gətirmişdir (Tarixi-Təbəri I cild), Məhəmməd peyğəmbər (s.v.s) Bədr döyüşündə kafirlərə qarşı bu duadan istifadə etmiş, Həzrət Əli Xeybər qalasının dörd tondan artıq qapısını bu dua vasitəsilə başı üzərinə qaldırmışdı.Bu haqda Təbəri belə deyir: “ Möminlər əmiri Əli Allah onun üzünü kerim qılsın Allahın inayəti ilə Xeybər qalasının qapısını yıxmış, xarab etmişdi” (Tarixi-Təbəri I cild.səh.525)

 

Ümumiyyətlə, dualar gizli şəkildə, qəlblərdə, pıçıltı ilə, başqalarının görməsi eşitməsi naminə deyil, səmimiyyətlə edilməlidir. Riyakarlıqdan uzaq insanın hər şeyi unudub arada vasitə olmadan Allaha üz tutması, diləyini yalnız ondan istəməsi həm bir ibadət növüdür.Bu ibadətin forması Qurani-Kərimdə belə açıqlanır: “Rəbbinizə yalvara-yalvara, həm gizlicə dua edin.Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf,55) 

 

Ramazanın digər günlərində valideynlərə, yaxınlara, qohumlara, kimsəsizlərə baş çəkmək, Qədr gecələrində isə gündüzdən hazırlıq görmək, məsələn yatıb dincəlmək s, gecəni isə səhərə qədər ibadətdə keçirmək məsləhət görülür. “Rəvayət edilir ki, Aişə xanım demişdir: “(Ramazanın) axır on günü yetişdikdə Peyğəmbər(s.v.s) belbağını bərk-bərk bağlayardı gecələri həm özü ibadət edər, həm ailəsini yuxudan oyadardı(ki, onlar da ibadət etsinlər).”(Səhih əl-Buxari,2024- hədis)  

Rauf CƏBRAYILOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.