525.Az

Bu günün məsələsi - M.Ə. Rəsulzadə

[21.07.14]
Bu günün məsələsi - <b style="color:red">M.Ə. Rəsulzadə</b>

Məhəmməd Əmin Rəsulzadənin əsərləri V  cild  (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(
Əvvəli ötən şənbə sayımızda)

Tənqid parlaman əzasının hər bir vətəndaşın həqqidir. Sorğuyu öylə verməli o məqsədlə sormalıdır ki, hökumətin qüsurunu düzəltmək hökumətə kömək etmək olsun nəinki hökuməti yıxmaq qəsdilə hücum edilsin. Bu surətlə hökumətə verilən sorğu bir nəticə verəmədigi kibi yaxşı bir üsuli-tənqiddə degildir. Bu hallar ilə iləri gedib bir yana çıxa bilməriz. Paytaxtımızda bir neçə qəzetə çıxıyor hərəsi bir surətlə hökuməti tənqid ediyor. Fəqət bu tənqidlər arasında böyük fərq var. Məsələn, bizim sosialistlərimizin müvərrici-əfkarı qəzetəsinin bunların arasında olan təfavütü anlatmaq üçünYedinaya Rossiyadan bir fəqərəyi ərz edəyim. Məsələn, Quba qəzasından hanki bir kənddə isə birisi demiş ki, bizə rus məmuru göndərin. Bunu eşidənY.Rossiyaqəzetəsi hamanAzərbaycan cəmaəti rus hakimiyyəti istiyor” – deyə nəşriyyatda bulunur. Əgər bizim tənqidatımız böylə olarsa vay bizim halımıza. Hanki qüvvətlə kimlə olursa-olsun hökuməti düşürəcəgəm deyə düşünmək bu nöqteyi-nəzərdən tənqidatda bulunmaq vətən millət mənafeyi ilə uymaz (alqış).

Siz buna diqqət etməlisiniz ki, parlaman dəvətindən sonra bütün əhval müşkülat içində olmaqla bərabər məmləkət bu hökumətə tapşırılmasından ancaq beş həftəlik bir vəqt keçmişdir. Bu müddət öylə uzun bir vəqt degil ki, hökumət əski qüsurları islah edib öylə bir vəziyyət vücuda gətirsin ki, qurd qoyun ilə otlasın Ağamalı oğlunun göstərdigi şeylər olmasın. Bu dərəcə nikbin olsaq özümüzü aldatmış olarız. Zira insan imkan xaricində şeylər tələb edərsə, şübhəsiz təbiət onu verməz nəticədə insan məyus olar. Bu gün bir hökumətdən 5 həftə müddətində bütün işləri dəgişməsini yenidən bir çox işlər görməsini tələb etmək bunu nikbinlik ilə gözləmək şübhəsizdir ki, gözlədigimiz su səhrada görünən sərab olub bizi aldadar. Ağamalı oğlu bu hökuməti keçən hökumətin misalı hesab edərək ya keçəl Həsən, ya Həsən keçəl, təfavütü var, o hökumətin vəqtində vardısa, heç dəgişməmişdirdiyor. Məsəla, diyor ki, Qazaxda şikayət edənləri dögürlər, filankəsi tutublar, sudyaların da tapmıyorlar. Bunların düzəldilməsi həp bu hökumətdən gözləniyor. Köhnə təsəvvürlərdə tamamilə buna təvəccöh olunur. Hər bir şeyin islahı tələb ediliyor az bir müddətdə işlər düzəlməyəndə deyiliyor ki, hökumət görmüyor.

Ağa Aşurov dəxi hökuməti tənqid ediyor. Yalnız hökuməti degil, milləti tənqid edərək diyor ki, məmurlarımızın əksəri rüşvətxordur. Lakin yaxşı ki, fikrini islah edərkən diyor ki, məmurların məvacibi azdır; müəllimlər aldıqları məvacib kifayət etmədigindən başqa işlər aramağa məcbur oluyorlar. Hökumət onların məvacibini artırmalı. Həyatlarını təmin etməlidir. Ağa Aşurovun bu rəyinə bən şərikəm. Bu sözlərə bən dörd əl ilə imza edərəm. Fəqət bu işlərin həpsini yalnız hökumətmi görməlidir. Biz bu xüsusda təşəbbüs edə bilməzmiyiz?

Məvaciblərin artması həqqində parlaman bir qanun vəz edə bilməzmi? Ağa Aşurovu sair məbusları qanun vəz etmək hüququndan kim məhrum qıldı? Parlaman edə bilərdi ki, ümum məmurların təmini üçün bir qanun versin. Odur ki, qüsür yalnız hökumətdə degil, bizim özümüzdə böyük qüsurlar var. Siyasi firqələr hər yerdə gördügü, eşitdigi nizamsızlıq həqsizligi hökumətə həme onu tənqid ediyorlar. Fəqət bən sual edirəm ki, hökuməti fəaliyyətsiz adlandıran siyasi firqələr əllərini döşlərinə qoyub vicdan rahatlığı ilə deyə bilərlərmi ki, onlar xəlq mənfəətinə lazım olan qədər işləmişlərdir? Hanı bu firqələrin xəlqə doğru getdikləri. Hanı xəlq içinə təşkil etdikləri şöbələr, bu firqələr hökumət üçün yapmışlardır? yolda işləmişlərdir? Tiflisdə oturaraq qəzetə çıxarmaq asandır. Kənardan tənqid etmək mümkündür. Odur ki, bunu ediyorsunuz, amma xəlq çinə getmək, xəlq arasında işləmək çətindir. Odur ki, heç kəs onun dalınca getmiyor. Diyorsunuz ki, uyezdnı naçalnik quldurlara, adam öldürənlərə istinad ediyor. Əgər öylə isə yenə təqsir siyasi firqələrdədir. Çünki haman uyezdnı naçalniklərin, ya sair məmurların yanı başında firqə şöbəsi olsaydı şübhəsiz ki, o məmur çalışardı siyasi firqəyə istinad etsin. Əgər firqələrlə köylərə, xəlq içinə getmiş ordular çalışmış xəlqi anlatmış olsa idilər yəqin ki, xəlq quldurları, qatilləri gəlib hökumət qulluqçusu olmağa qoymazdı. Şimdi bu şeylərin heç biri yoxkən, ümumi pərişanlıq vaqe ikən hökumətdən tələb etmək ki, bir ay zərfində hər işi düzəltsin, hər şeyi islah etsin, bu ona bənzər ki, hökumətdən tələb edəsən kimya ilə, eloksir ilə hər işi düzəltsin kən diyun feykun olsun. Amma bunu gözləmək quru səhrada su axtarmaq kibi puç bir ümiddir.

Sonra bir şeyə daha nəzərinizi cəlb edirəm. Əfkarımız da daha artıq icrayi-təsir etmək üçün burada bizə diyorlar ki, Azərbaycanın halı hamı məmləkətlərdən fənadır. Qonşularımız bizdən rahət ucuz yaşıyorlar. Fəqət bu iddialar əsassızdır. Hamımıza məlumdur ki, Ermənistan acından ənvai xəstəlikdən qırılır. Gürcüstan buradan daha bahalıqdır. Orada çörək 7 manata, qara çörək 4 manat yarımdır. Suyi-istemal hər yerdə var. Hətta Gürcüstanda bir dərəcəyə varmışdır ki, hökumət xüsusi bir məhkəmə qurmağa məcbur olmuşdur. Suyi-istemallar ittifaqında məmurlardan bu məhkəməyə şikayət verilir. Görürsünüz ki, qonşularımız da mələk degildirlər. Biz Azərbaycanı qonşularımız ilə müqayisə edərkən görürüz ki, Azərbaycanın halı onlardan yaxşıdır.

Əlbəttə, mən bu iddiada degiləm ki, bizim hər işimiz mükəmməldir. Amma bunu deyirəm ki, o dərəcə kamal da degilsə təqsir yalnız hökumətdə degil, bizdə var, Gürcüstan ilə özümüzü müqayisə edərkən biz bunu nəzərdə tutmalıyıq ki, əvvəla Gürcüstan hökumət parlamanı 7 aydır işləməkdədir. Bizimki isə bir ay yarımdır. Bundan əlavə onların vəziyyəti-siyasiyyəsi daha yaxşı, daha əlverişli idi. Onların vəziyyətini yaxşılaşdıran böyük bir amil var ki, o da siyasi firqələri müntəzəm əskərləri mövcud olmasıdır. Onlar 60-70 il siyasi həyat keçirmiş firqələrə malikdirlər. Biz onlarla bərabər olmaq istəsək onlar kibi uzun müddət bir siyasi həyat keçirməliyiz. Hökumətə etimad, ya ədəmi-etimad məsələsini müzakirəyə qoymaqdan ötrü bezdən, qaradavoydan başlayıb bu ikisini bir-birinə mərbut qoymaq əsla dövlət nəzəri degildir. Həmçinin hökuməti olur-olsun düşürmək sonra olacaqsa təvəkkül Allaha demək doğru bir nəzər degildir. Bir məbus heç vəqt bunu böylə düşünəməz ki, hökuməti hərçe badabad yıxsın. Bir məbus xarici daxili düşmənləri görməli, hökuməti bu halda düşürməgi bütün vətənə millətə kimi nəticələr verə biləcəgini düşünməlidir. Hökumətə etimad məsələsini araya çıxararkən bunu bir ətraflı ölçməli-biçməli, ətrafa nəzər yetirməli fikir etməlidir ki, məmləkət böylə təbəddülatə təhəmmül edə bilərmi? Xaricdəki düşmənlər, daxildəki təşkilatlar hökumət sürənlər nəzərə alınsın da sonra böylə məsələlər araya atılsın. Bu mülahizələrlə ki bən diyorum etimad məsələsi bilmərrə qaldırılmasın, çün məmləkətin vəziyyətinə müvafiq degildir. Doğrudur, ticarət sənaye nəzarətində, neft satışında, bez təqsimində, malların mübadiləsində üsulsuzluq vardır. Fəqət tədqiq etsəniz görərsiniz ki, bu əhvalsızlıqlar yalnız hökumətin təqsiri degil, fabrikanın özündə , fabrika məmurlarında da bir çox nöqsan vardır. Tağıyev fabrikasının özünəməxsus bir politikası var ki, xəlqi müşkülata salan da odur. Fabrikaya yaxın olan adamları sorsa idiniz, onlar daha ətraflı məlumat – (isçerpivaöşie obcəsnenie) – verərdilər. Hökumətin təqsiri budur ki, fabrika politikasına göz qoymuyub laqeyd baxmış bu işlərin qabağını almaq təşəbbüsündə bulunmamışdır. Əgər hökumət vəqtli-vəqtində fabrika politikasına diqqət verib onu kökündən kəsmiş olsaydı, bu gün böylə şiddətli hücum tənqidlərə məruz qalmazdı. Fəqət hökumət bunu etməmişdir. Əgər etmişsə bəlkə lazım bilsələr məlumat da verərlər. Fəqət bu gün təklif edərdim ki, hökumət bu işə baxmaq üçün xüsusi bir komisyon təşkil etməlidir ki, ümumiyyətlə mal mübadiləsinə fabrikanın məamlatına diqqət yetirsin ki, daha böylə üsulsuzluqlar olmasın. Məsələn, Bakıda olan neft Bakının içində satılıb qurtaran bir şey degildir. Allah bərəkət versin bir xəzinə ki, yalnız Bakıda degil, hətta bütün Azərbaycanda satılmaq ilə qurtarmaz. Nefti xaricə çıxarmalı, daxili məmləkətlərə satmalıdır. Nefti dəmiryolu ilə çıxara bilərik. Yolumuz qədər neft çıxarmağa imkan verirsə hökumət çalışıb o qədər neft buraxmalıdır. Ancaq neft ixracına müsaidə verilirkən nəzarətdə heç baxılmır ki, görək izn istəyən adam həmişə bunun alış-verişini neft xəstəligi kimi bir xəstəlik olub Azərbaycanı tutmuşdur. Tacir, doktor, müəllim, xülasə hər kəs bu alış-verişlə məşğul olub müsaidə istiyor. Ticarət nəzarəti hər istəyənə bilatəhqiq tədqiq izn veriyor. Böylə tədqiqsizlik nəticəsindədir ki, müşahidə etdigimiz üsulsuzluq çıxıyor. (Alqış).


Azərbaycan”, 12 şubat

(fevral) 1919, №112

     

Tənvirişıqlandırma

Kənqazıyan, sökən

Diyunvəzifələr, borclar

Təkulqaçma

Münfəridəntək-tənha

Təhmilyükləmə, şamil etmə

Nəməkbəhəranduz-çörək itirən

Sərabsusuz çöldə yer üstündə yığılan buxarın uzaqdan su kimi görünməsi

Həmlaid etmə, həvalə etmə

Ənvamüxtəlif

İrtikabpis

Rəcaümid, arzu

Maədaqeyri, başqa


Niyə
gediyorlar?

        

Bu sayımızda oxucular Behbud xan Cavanşir ilə Əbdüləli bəy Əmircanov cənablarının firqədən istefa edib getdiklərini oxuyacaqlardır.

Firqədən gedənlər yalnız bunlar degildir, başqa gedənlər dəxi vardır, doktor Xosrov bəy Sultanov ilə Teymur bəy Makinski dəxi firqədən gedənlər cüzindədirlər.

Bu zatlar firqəyə əvvəlindən degil, sonradan qoşulmuşlar idi.

Bu gedişlər yalnız bir neçə şəxsin gedişini göstərmiş olsaydı, biz ondan qətiyyən bəhs eləməzdik. Fəqət bu, həyati-şəxsiyyəmizdə az-çox mühüm bir mövqe işğal edən zatların firqədən getmələri ilə bərabərMüsavatdan  bir çox adamlar getmişlər ki, yuxarıda ismləri zikr olunan zəvat onların birər nümunəsi (tipi) aqilləridir.

Sultanovlar, Cavanşirlər digərləri firqədən gedərkən kəndilərilə bir qism xəlqi, müəyyən bir sinif məslək əhlini təmsil ediyorlar, buna görə dəxi bu gediş adi mənasından ziyadə ictimai bir mənaya malikdir. Bu mənanın nədən ibarət olduğunu anlamaq üçün əvvəlcəMüsavatfirqəsinin təbiətdə bir firqə olduğunu anlamaq lazımdır.

Müsavatmilli-demokrat firqəsidir. Bu firqə xaricə qarşı millətpərəst, daxilə qarşı xəlqçidir. qədər ki, firqə vahid Rusiya şəraiti daxilində daha sonra Zaqafqasiya siyasiyyət keşməkeşlərində milli bir idealın hüsuli üçün çalışıyordu, bir takım şəxslərlə siniflər bu mübarizədə Müsavata tərəfdar idilər. Bu tərəfdarlardan bəziləri Müsavat ilə təşriki-məsai eləmiş, onunla ittifaq yapmışlardı. Onuncu nömrə siyahı daxilindəki bitərəflər bu qəbildən idilər. Bunların ən rəngli, eyni zamanda da pakizə nümayəndəsi Fətəli xan Xoyski idi. Əvvəldən firqəyə girmədi, bu gün firqədə degildir.

Fəqət bəziləribitərəfligə kifayət etməmiş, firqəyə qeyd olunmuşlardı. Firqədən sayılıyorlar idi. Bu kərə firqədən çıxan əfəndilər onlardandır.

Bunlar Azərbaycan istiqlalı bir fəaliyyət almağa başlarkən artıq Müsavatdakı yerlərini həm soyuq, həm tikanlı görməyə başlamışlardı. Çünki firqənin xarici proqramını qurtarıb yavaş-yavaş daxili proqramı tətbiq edilmək lazım gəliyordu. Xəlqin həqqini tanımaq sırasıydı. Sözdə degil, işdə tanımaq vəqti gəlmişdi.

Təbii bir surətdə təyini-məslək etməmiş olanlar təbiidir ki, firqə ilə dizertirligə başladılar.

Dizertirlərdən birisi qayət səmimanə olaraq etiraf ediyor, diyor ki:

O vəqt Müsavat milliyyət əsasını müdafiə edən ən qüvvətli bir firqə idi. Biz o vəqt üçün bu firqənin məsləkini doğru görərək kəndisini qüvvətləndirmək üçün oraya yazıldıq. Fəqət şimdi doğrusu biz görüyoruz ki, Müsavat sola doğru gediyor. Bu isə bizim nöqteyi-nəzərdən məmləkətin halı üçün faidəli degildir. Onun üçün firqədən getməgimizlə müvazinəyi düzəltmək istiyoruz”.

Bu, olduqca doğru əgər istərsəniz səmimanə bir etirafdır. Bu etirafniyə gediyorlar?”sualına qədər aydın bir cavab veriyor.

Bu cavabı əxlaqi-siyasiyyədə müşkülpəsənd olanlar bəlkə kiçicik bir təbəssümlə qarşılarlar. Fəqət bununla bərabər qəbul etməlidirlər ki, cavab ən doğru bir cavabdır.

Əvət, gediyorlarçünki onlara bir qalib yalnız bir zahir lazım idi. Halbuki Müsavatın ruhunu dərk etmiş olan firqəçilərə yalnız qalib degil, ruh dəxi lazım idi.

Biz istiqlalı, muxtariyyəti, millətin hürriyyətini yalnız bir ad üçün yaxud qüvvət sahiblərini məsnud qılmaq üçün istəmiyorduq. Bizim məqsudimiz türk demokratiyasının xilası, Azərbaycan xəlqinin hürriyyəti idi. Bizim üçün proqramımızın bütün maddələri bir dərəcədə əziz müqəddəs idi.

Biz səflərimizdə bizimlə yolu başa qədər getmiyəcəklər olduğunu pək əla bilirdik. Bilirdik ki, bizimlə yarı yola qədər gələnlər axıra qədər varanlar da olacaq. Axıra qədər bizə yoldaşlıq edənləri biz heç bir zaman gözü sağda qalanlar arasında aramadıq. Biz xəlq firqəsi olduğumuza, mənzili-məqsudə dəxi həqiqi xəlqçilərlə bərabər olaraq gedəcəgimizə hər zaman inanmışsız, bu imanımız hər zaman bizə rəhbər olmuş, bu rəhbərlik sayəsindədir ki, türk demokratiyası Müsavatı bir dost kibi tələqqi etmişdir. Bizdən gediyorlar onlar ki, demokratiya ilə yaxın bir dostluqda bulunmaq təbiətlərinə uymaz. Bizdən gediyorlar onlar ki, səflərimizdə bulunmaları firqəyəxan bəy firqəsideyirtməyə bir səbəb təşkil ediyordu.

Mühafizəkar burjua ilə mürtəce feodallarMüsavatradikalizmi ilə demokratizmini əlbəttə ki, çəkəməzlərdi, onlar ya gərək firqəyi özlərinə çəkə idilər, yainki firqədən çəkildilər.

Təbii idi ki, ikinciyə nail olacaqlardı, oldular.

İmanı naqis olanlar firqələrdən gediyorlar.

Pək əla ediyorlar, getsinlər firqə səflərində imanı naqis olanlar qədər az olursa firqənin imanı o dərəcədə kamil olur.

Zatən böylə bir təzkiyəyi-nəfs üçün degilmi idi ki, firqə Azərbaycan Məclisi-Məbusanında tamamilə müstəqil bir fraksiyon təşkil elədi?!...

M.Ə.Rəsulzadə

İstiqlalqəzeti, 14 şubat

(fevral) 1919, №2

   

Bu günün məsələsi

        

Bakı əfkari-ümumiyyəsi, bilxassə şəhərin türk qismi əndişələr içindədir.

Biçeraxovun otryadı buraxıldıqdan sonra hər kəs düşünüyordu ki, artıq bu məmləkət şübhəli qüvvətlərdən xilas olacaq.

Fəqət öylə olmuyor. Biçeraxov əvəzinə Prejevalski oturuyor. Bir yandanlikvidatsiyagediyorsa da, digər yandanzapisgediyor. “Dobrovolçeski armiyaya könüllü yazılıyorlar. Könüllü yazılanlar da əksərən ermənilərdir.

Bu könüllülər şəhərin mərkəzində, meydanlarında məşq ediyorlar. Bu surətlə xəlq arasına həyəcan düşüyor. Hər kəsi əndişələr götürüyor.

Həqli olaraqyarın olacaq?” – deyə düşünüyorlar.

Bir tərəfdən Denikin ordusunun nümayəndəsi şəhərimizə gəliyor. yapıyor, yapamıyor, bilmiyoruz. Bu qədər biliyoruz ki, Denikin ordusu bolşeviklər ilə mübarizəyi unudub daasiQafqasiya millətləri üzərinə çökmək niyyətindədir. Gürcüstan təhdid olunuyor. Dağıstana qarşı hərəkət başlanıyor.

Böylə bir zamanda əcəba, Azərbaycanın paytaxtında toplanan bu qüvvətlər nədir? – deyə hər kəs pək həqli olaraq düşünməzmi? Əlbəttə, düşünər.

Hər kəs böylə təbii olmayan bir hərəkət qarşısında təlaş edər.

Bir zamanda ki, ingilis komandanlığı Azərbaycanda yeganə bir hökumət olaraq ancaq Azərbaycan hökumətini tanımışdır, öylə bir zamanda burada başqa, bizi tanımayan bizə düşmənanə bir fikir bəsləyən qüvvətlərin toplanması, əlbəttə ki, təbii görüləməz!

Bir zamanda ki, bütün firqələrlə bərabər erməni milli komitəsi dəxi Azərbaycanın həqqini tanıyaraq Məclisi-Məbusanə nümayəndələrini hökumətə vəzirlərini göndərmək üzrədir, bir zamanda ki, Ermənistan ilə Azərbaycan arasında münasibati-siyasiyyə başlıyor, erməni əskərlərinin təkrar könüllü yazılmaları bir takım əskəri qitələr təşkil edib şəhərimizdə mövcud kazarmaları tutmaları son dərəcədə qeyri-təbii bir haldır. Bu halın qeyri-təbii olduğunu daşnaksakanların qəzetəsi olanVperyodqəzetəsi dəxi etiraf ediyor. O, öz yanında zavallı işsiz qalan erməni əmələlərinin gününə ağlıyor, diyor ki, onlarıbaşqa yola göndəriyorlar”. Anlatıyor ki, işsiz erməni əmələləri bulamıyor. Evlərinə gedə bilmiyorlar, çarəsiz qalıb da bir parça çörək üçün könüllü yazılıyorlar. “Kim bilər harada, bəlkə bolşeviklərlə, bəlkə dağıstanlılarla olacaq müharibədə öləcəklərdir”.

Demək ki, erməni məhfilləri bu halın qeyri-təbii olduğunu dərk etiraf ediyorlar, fəqət dəlilləri başqadır. Köhnə dəlil sübutlardır.

Fəqət bən zənn etmiyorum ki, Azərbaycan hökuməti erməni işsizlərini kəndi paytaxtından təmizləmək üçün lazım gələn tədbir görməkdən imtina eləsin. zənn etmiyorum ki, “Amazaspkibi generalişsizlərcərgəsində hesab olunsun.

Dəlil sübutlar əskidir. Əcəba, köhnə tarix təkrar edilməsin!...

Hökumət bu xüsusda göz-qulaq olub bəsirətlə hərəkət etməlidir. Bir an əvvəl evlərinə gedəcək erməniləri yola salmalıdır. hər növ bəhanələrini kəsmək üçün etmək lazım isə etməlidir.

Eyni zamanda da ingilis komandanlığından tələb etməlidir ki, bizə qəti ciddi təminat versinlər, görək bu toplanan könüllülər kimdir, üçündür. İstəməlidir ki, burada Azərbaycanın paytaxtında Azərbaycana sadiq olmayan heç bir qüvvət bulunmasın. Qəribədir Azərbaycan paytaxtında Azərbaycan əskərindən başqa hər növ əskər vardır. Buna bir intəha vermək lazım.

Böylə bir təbii tələb qarşısında bitərəf ingilis komandanlığı da bir söz deməz.

Bir an əvvəl Azərbaycan əskəri şəhərimizə daxil olmalıdır. Bu xüsusda hökumətin əsas etibarilə qərarı olduğunu biliyoruz.

Fəqət cəmaət dördgözlə gözlüyor.

Nərədə əskərlərimiz!

Qoy hökumət bir tərəfdən öz qüvvətimizi buraya gətirsin, bir tərəfdən işsiz adamları şəhərdən azaltsın. Bir tərəfdən işsizlərə bir növtələsi olan könüllü əskər təşkilatının təhəmmül olunmaz bir hal olduğunu isbat ilə lazım gələn tədbirlərdə bulunsun.

Əfkari-ümumiyyə bunu istiyor. Əhalinin əmniyyət qəlb rahatlığını istəyən qüvvətlər isə hər şeydən əvvəl bu tələbə etina etməlidirlər.

İştə bu günün həll olunacaq məsələsi!

M.Ə.

Azərbaycan”, 17 şubat

(fevral) 1919, №115

     

Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas

        

Rəsulzadə Məhəmməd ƏminBir məsələ üzərində çox mübahisələr edildi. Bən istər-istəməz nitqimi o məsələyə qaytarmağa cüzi olsa ondan təkrar bəhs etməgə lüzum görüyorum. Çünki arada bəzi suyi-təfəhhüm vardır: onları izah etmək məcburiyyətindəyəm. Ağamalı oğlu türklər həqqindəki danışığında müsavatı da əlaqədar tutdu. Keçən nitqimdə bən sosialistlər türklərin düşmənidir deməmişdim. Bənim sözlərimdən böylə bir məna da çıxarılamazdı. Fəqət möhtərəm Əhməd Pepinov cənabları kəndi nitqlərində uzun-uzadı bu xüsusda bəhs edərək hətta alicənab türk şairi Məhəmməd Əmin bəy cənablarının qəlbinin tərcümanı olaraq qəlbinin ən dərin guşələrindən qopub gələn hissiyyatlarını misal gətirib o möhtərəm şairin sərih vicdanına sığınaraq kəndilərini müdafiəyə qalxmışdı. Fəqət buna hacət belə yoxdu. Çünki sosialistlər xəlq tərəfdarı olduqları üçün heç bir millətə düşmən olmadıqları kibi türklərə düşmən olmazlar. Zatən böylə olmasaydı sosialist olmazdılar. Bütün dünya beynəlmiləliyyətini müdafiə etməzlərdi. İştə bu nöqteyi-nəzərdən əfkar səmimiyyətlərinə bütün mövcudiyyətimlə qətiyyən inandığım sosialistləri bu fikirdə təsvir etməzdim. Fəqət ortada bir yanlışlıq görülüyor ki, bu da türklərin dəvət edilməsi məsələsindədir. Əvət, bir millət müşkül vəziyyətdə qaldıqda bir qonşusuna müraciət edər, yardım, imdad istər. O qüvvə təbii o millətin fəhlə əkinçiləri degil, mütəşəkkil müntəzəm əskəri olacaqdır. Bu surətlə bir qüvvə tələb edilirsə, ərz etdigim vəch üzrə o qüvvə türk millətinin əkinçi, yaxud başqa bir sinfi degil, ancaq o millətin hökumət müntəzəm qüvveyi-əskəriyyəsini çağırmaqdan bəhs ediliyor deməkdir. Əvvəla, türk qüvvəsini buraya cəlb üçün hökumətə təhrirən müraciət olunduqdaMüsavatdegil, sosialistlərdən Əhməd Cövdət bənim ilə bərabər haman kağızı imza etmişdi. Ağamalı oğlunun dili topuq çala-çala söylədigi yanlış nitqinə görə degilHümmətfirqəsinin Tiflisdə nəşr olunanProbujdeniyeqəzetəsində türklərin Azərbaycana çağırılmasınıMüsavattərəfindən bir xəyanət kibi tələqqi edərək durmasından dolayı bu örtülü məsələnin bir dəfəlik üstünü açmağa məcbur olduq. Çünki vəqt gəlmişdir, biz bu vəqti qaçırmayaraq üzərində xəyalilə oynanılan əfkarımızı nöqteyi-nəzərimizi xəlqə, Azərbaycan əhalisinə, hətta bütün dünyaya elan edəlim ki, əvət, türkləri Azərbaycana biz çağırdıq, bu fikrimizlə millətimizə faidə təmin etdik bu çağırmaqlığımızdan qətiyyən peşiman degiliz. Hətta heç bəgənmədigimizİttihad Tərəqqihökuməti idarəsindəki qüvvəyi çağırdıq. Lakin Türkiyəyə Sultan hökumətimi, cümhuriyyətmi, yaxud başqa bir tərzi-idarəmi lazımdır? Burası əsaslı bir məsələdir. Biz hələ iki yarım quberniyalıq Azərbaycanı idarə etməkdən aciz ikən aləmşümul bir məsələdən bəhs etməgin məkanıdır, zamanı. Əhməd bəy cənablarının buyurduğu şeiriyyəti sübut gətirdigi Məhəmməd Əmin bəy cənabları döyüşkən türk millətinin kəndlərinin halına ağlamaqla bərabər kəndisi eyni zamanda Məclisi-Məbusan əzasından biridir lazım bilsəydim ərz edərdim ki, Əhməd bəyin oxuduğu şeirləri şimdiki hökumətə degil, Əbdülhəmid istibdadı əleyhinə yazmışdır Əhməd bəyin bəyənmədigi hökumətin icraatını təsvib ediyor.


Azərbaycan”, 18 şubat (fevral) 1919, №116


(
Ardı var)

Şirməmməd HÜSEYNOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.