525.Az

Nazir Türkiyəyə yollandı

[07.09.12]
Nazir Türkiyəyə yollandı

Gənclər və idman naziri Azad Rəhimov Türkiyədə rəsmi səfərdədir.

Bu barədə 525.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, səfər 9 sentyabradək davam edəcək.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K.İlyumjinovun Azərbaycana səfəri zamanı ölkəmizdə 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı ilkin razılığa gəlinib. Nazirin qardaş ölkəyə səfəri də məhz bununla bağlıdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.