525.Az

"Ankara 1915-ci il arxivlərinin açılmasının tərəfdarıdır"

[07.09.12]
"Ankara 1915-ci il arxivlərinin açılmasının tərəfdarıdır"

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Ərəb oyanışı və Yaxın Şərqdə sülh" konfransında çıxışı zamanı Ankaranın 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərin açılmasının tərəfdarı olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı xəbər verib.

Baş nazir onu da bildirib ki, Türkiyə bir dövlət olaraq, öz taxiri ilə üzləşməyə hər zaman hazırdır.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.