525.Az

TQDK yeni dərslikləri yoxlayacaq

[07.09.12]
TQDK yeni dərslikləri yoxlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 15-dən etibarən orta məktəb dərsliklərinin monitorinqinə başlayacaq.

525.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, artıq TQDK-da dərsliklərlə əlaqədar şöbə formalaşıb, bu şöbəyə işçilərin qəbulu üçün müsabiqə elan edilib.

Yaxın günlərdə şöbəyə müdir təyin olunacaq. Şöbəyə işçilərin qəbulu üçün imtahan keçirilənə qədər mütəxəssislər müqavilə əsasında işə cəlb olunacaqlar. M.Abbaszadə qeyd edib ki, yeni dərs ili başlayan kimi bu şöbənin də fəaliyyəti başlayacaq. Elə o zamandan da dərsliklərin monitorinqinə start veriləcək: “Artıq biz məktublarla müraciət edərək bu il buraxılan bütün dərsliklərin TQDK-ya təhvil verilməsini xahiş etmişik. Onların üzərində ekspertlər işə başlayacaqlar”.

S.QARAYEVA

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.