525.Az

Məleykə Abbaszadə: "Tələbələrin seçimləri bəzi ali məktəblərdə problemlər yaradıb"

[07.09.12]
Məleykə Abbaszadə: "Tələbələrin seçimləri bəzi ali məktəblərdə problemlər yaradıb"

Ali məktəblərin bakalavr səviyyəsi üzrə qəbul olan abituriyentlərin çoxu əyani, magistratura səviyyəsi üzrə qiyabi təhsil formasını seçiblər.

525.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M.Abbaszadənin dediyinə görə, bu ildən əyani və qiyabi təhsil formasını tələbələr ali məktəblərdə öz arzuları ilə seçiblər.

Bu isə bəzi ali məktəblərdə problemlər yaradıb:

“Bakı Dövlət Universitetinə bakalavr səviyyəsi üzrə qəbul olunanların sayı 3000 nəfərdən çox olsa da, onların yalnız 90-ı qiyabi təhsil formasını seçib”. TQDK sədri qeyd edib ki, təhsil formasının ali məktəblərdə tələbələrin istəyi ilə seçilməsi universitetlərlə razılaşdırılıb.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.