525.Az

Nigar Yaqublunun işi məhkəməyə göndərilib

[31.10.12]
Nigar Yaqublunun işi məhkəməyə göndərilib<b style="color:red"></b>

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi baxılmaq üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

APA-nın məlumatına görə, işə hakim İlham Kərimovun sədrliyi ilə baxılacaq.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.