525.Az

Moskvada öldürülən azərbaycanlı və qatıilləri eyni cinayətkar dəstənin üzvləri olublar

[31.10.12]
Moskvada öldürülən azərbaycanlı və qatıilləri eyni cinayətkar dəstənin üzvləri olublar<b style="color:red"></b>

Qətli törədənlərdən birinin polis rəisinin qardaşı oğlu olduğu ehtimal edilir

Rusiya paytaxtında vəhşicəsinə qətlə yetirilən 22 yaşlı Azərbaycan vətəndaşı Ağayev Seymur Ağahüseyn oğlunun qatillərindən birinin Moskvanın Şimal-Qərb dairəsi üzrə Polis İdarəsinin rəisinin yaxın qohumu olduğu bildirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qətldə şübhəli bilinən 3 polis əməkdaşından biri olan Artyom Skubakın Şimal-Şərq dairəsi üzrə Polis İdarəsinin rəisi Sergey Skubakın qardaşı oğlu olduğu ehtimal edilir.

Rusiya Dövlət Təhqiqat Komitəsinin hadisə ilə bağlı son məlumatında qətli törədənlərin və qətlə yetirilən Azərbaycan vətəndaşının maşın oğurluğu üzrə ixtisaslaşmış eyni dəstənin üzvləri olduqları bildirilib.
Qeyd edək ki, Rusiya paytaxtında qətlə yetirilən 22 yaşlı Azərbaycan vətəndaşının cinayət işinin təfərrüatları məlum olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu ilin sentyabrın 5-də Azərbaycan vətəndaşını girov götürən dörd nəfər şəxs onu 77 bıçaq zərbəsi vuraraq qətlə yetiriblər. Qətli törədən şəxslərin adları da açıqlanıb. Onlar polis əməkdaşları Dmitri Kolotovkin, Aleksandr Vlasenko və Artyom Skubakdır. Qətldə polis əməkdaşlarının tanışı, yol müfəttişliyi vəzifəsində staj keçən Andrey Alyoxin də iştirak edib.

Onlar qətli törətdikdən sonra mərhumu Yaroslavl ərazisində basdırıblar. Həmyerlimizin “BMW-350” markalı maşınını qaçıran qatillər öldürdükləri şəxsin qohumlarına onun guya girov götürüldüyünü bildirib və azadlığa buraxılması üçün 150 min avro pul tələb ediblər. Cinayəti törətmiş hər üç polis əməkdaşı saxlanıb, qətldə iştirak etmiş Andrey Alyoxin isə federal axtarışa verilib.

Faktla bağlı “adam oğurluğu”, “qəsdən adam öldürmə” və “hədə-qorxu yolu ilə pul tələb etmə” maddələri ilə cinayət işi başlanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.