525.Az

Yuxusuzluq piylənmə yaradır

[31.10.12]
Yuxusuzluq piylənmə yaradır<b style="color:red"></b>

Mütəxəssislər normal müddətdə yatmayan şəxsləri xəbərdar edib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. ABŞ-ın Çikaqo Universitetinin professoru Matthev Bradi 7 sağalam qadın və kişi üzərində apardığı araşdırmaların nəticələrində bu qənaətə gəlib.

Sınaq müddətində üzərində ekspert aparılan şəxslər 4 gün 8.5 saat normal, daha sonrakı 4 gündə isə 4.5 saat yatıblar. Eksperiment başa çatdıqdan sonra iştirakçıların qanındakı yağlanma və onların gün boyunca aldıqları kalorinin miqdarı müəyyənləşib.

İştirakçıların öncəki və sonrakı durumları arasında böyük fərqlər aşkarlanıb. Əldə olunan nəticələrə görə normal yatmayanların analizləri şəkər və piylənməyə meyilli olan xəstələrin nəticələri ilə uyğunluq təşkil edib.

Nigar Məhərrəm


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.