525.Az

İqtisad Universiteti 84 yaşını qeyd edir

[19.06.14]
İqtisad Universiteti 84 yaşını qeyd edir<b style="color:red"></b> Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) yaranmasından 84 il keçir.

Universitetin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, ADİU indiyədək minlərlə müxtəlif profilli iqtisadçı hazırlayaraq sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və digər sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynayıb.

Qeyd olunub ki, ADİU-nun maddi-texniki bazası davamlı olaraq möhkəmlənməkdədir. O cümlədən, ali təhsil ocağında Avropa təhsil sisteminə qoşulma ilə əlaqəli dövlət tədris proqramları müasir tələblərə uyğunlaşdırılıb. ADİU-da informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunur. Ölkəmizdə ilk dəfə ADİU-da “Magistr hazırlığı mərkəzi” elmi-tədqiqat institutu yaradılıb. ADİU Azərbaycanın xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Bu gün Cənubi Qafqaz ölkələrinin ən böyük ali təhsil ocaqlarından biri sayılan universitetdə 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox, o cümlədən  dünyanın 14 ölkəsindən tələbə və magistrant təhsil alır. Ali təhsil ocağında 120 professor, 600 dosent çalışır.
 
Qeyd edək ki, İqtisad Universiteti Azərbaycan SSR Xalq Komissarları Şurasının 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitutu kimi təsis edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.