525.Az

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib

[19.06.14]
ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib<b style="color:red"></b>

ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanı yeni sanksiyalarla hədələyib.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, C. Bayden və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon danışığı olub.
 
ABŞ-ın ikinci adamı bəyan  edib ki, Moskva Ukraynanın şərqində separatçıların zorakılığını dayandırmaq üçün öz təsirindən istifadə etməsə, ABŞ bu ölkənin əlavə zərərlərə məruz qalması üçün öz müttəfiqləri ilə iş aparacaq. “ABŞ-ın vitse-prezidenti Ukrayna dövlət başçısının ölkənin şərqində sülh və sabitliyin bərpası üçün göstərdiyi ciddi səylərini qətiyyətlə dəstəkləyib”, - deyə Ukrayna prezidentinin saytına bildirilib.  


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.