525.Az

Xaçmazda minik maşını hasara çırpılıb - xəsarət alanlar var

[19.06.14]
Xaçmazda minik maşını hasara çırpılıb - <b style="color:red">xəsarət alanlar var</b>

Bu gün gecə saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Didarlı Rüfət Nemət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı daş hasar çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 3 sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar minik maşınının sürücüsü R.Didarlı, Quba rayon sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Həsrətqulu Elman oğlu, 1990-cı il təvəllüdlü Didarlı İbrahim Şükür oğlu və 1985-ci il təvəllüdlü Qayıbov Talıb Cəfər oğludur.
 
Onlardan iki nəfərin D.Rüfət və M.Həsrətqulunun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.