525.Az

Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri ilə görüşüb

[23.09.22]
Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri ilə görüşüb<b style="color:red"></b>

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən məlumat verilib.

Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.