525.Az

Nazir Anar Kərimov Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

[22.09.22]
Nazir Anar Kərimov Litvanın ölkəmizdəki səfiri ilə görüşüb<b style="color:red"></b>

Nazir Anar Kərimov Litvanın ölkəmizdəki səfiri ilə görüşüb.

Nazirlikdən 525.az-a bildirilib ki, diplomatı salamlayan Anar Kərimov Azərbaycan ilə Litva arasında dərin tarixi münasibətlərin olduğunu bildirib. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcəkdə də bu əlaqələrin daha da dərinləşməsinə səy göstəriləcəyini vurğulayıb.

Səfir Egidius Navikas mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib, muzey və kitabxana sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Litva müəlliflərinin əsərlərinin qarşılıqlı olaraq hər iki ölkənin teatrlarında nümayişi ilə bağlı razılıq əldə olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.