525.Az

“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb

[16.08.22]
“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb<b style="color:red"></b>

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şərti adı “ANAMA” olan sənədli filmin çəkiliş mərhələsi artıq yekunlaşıb.

Kinostudiyadan 525.az-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minatəmizləyənlərin həyatından bəhs edir. Filmin qəhrəmanları minaaxtaranlardır, onlar öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) filmə təşkilati dəstək göstərir.

Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, operatoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur.

Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.