525.Az

Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunda keçid inşa edilir

[16.08.22]
Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunda keçid inşa edilir<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.

AAYDA-dan 525.az-a verilən məlumata görə, iki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51.6 metr, eni 3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Məlumata görə, keçiddə özül svaylarının vurulması yekunlaşıb , hazırda dayaqların tikintisi aparılır.

Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.