525.Az

“Gənclik” metrostansiyası "Qarabağ"ın oyununa görə gücləndirilmiş iş rejiminə keçəcək

[16.08.22]
“Gənclik” metrostansiyası "Qarabağ"ın oyununa görə gücləndirilmiş iş rejiminə keçəcək<b style="color:red"></b>

“Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası sabah matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək.

525.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, saat 20:45-də başlanacaq qarşılaşmaya yollanacaq sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə bu stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.

Həmçinin “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər diqqətdə saxlanılacaq, müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.

Ümumən gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Futbol oyununa azarkeş marağını nəzərə alaraq, görüş yekunlaşdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün əlavə tədbirlər görüləcək. Ehtiyac yaranacağı halda, əlavə ehtiyat qatarlar xəttə buraxılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.