525.Az

II qrupda bütün abituriyentlərin ali məktəblərə qəbul şansı var

[16.08.22]
II qrupda bütün abituriyentlərin ali məktəblərə qəbul şansı var<b style="color:red"></b>

Bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük.

525.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, məsələn I ixtisas qrupunda 16419 plan yeri ayrılıb.

"Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19030 nəfərdir. İkinci qrupda isə 12232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.