525.Az

Türkiyənin xüsusi nümayəndəsi Ermənistana başsağlığı verib

[15.08.22]
Türkiyənin xüsusi nümayəndəsi Ermənistana başsağlığı verib<b style="color:red"></b>

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvana başsağlığı verib.

525.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

Diplomat İrəvanın “Surmalu” bazarında baş vermiş partlayışı faciə adlandırıb. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa arzulayıb.

Xatırladaq ki, daha əvvəl partlayış nəticəsində 6 nəfərin öldüyü, 61 nəfərin yaralandığı, 61 nəfərin isə itkin düşdüyü barədə məlumat yayılmışdı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.