525.Az

Avropa İttifaqının Azərbaycandakı səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

[15.08.22]
Avropa İttifaqının Azərbaycandakı səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub<b style="color:red"></b>

Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Mərkəzdə IX Qlobal Forumun hesabatı təqdim olunub, X Qlobal Bakı Forumuna hazırlıq haqqında müzakirələr aparılıb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, söhbət zamanı Avropa İttifaqındakı beyin mərkəzləri ilə sıx əməkdaşlığın qurulmasının əhəmiyyətinə toxunulub.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ali səviyyəli toplantıların böyük qismi məhz Aİ-yə daxil olan ölkələrin paytaxt şəhərləri Afina, Brüssel, Madrid, Paris, Riqa, Roma, Sofiya, Stokholm, Varşavada təşkil olunub.

Səfirə “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” ve "Təbrizin sehirli nağılları" kitabları, həmçinin Avropa ölkələrində keçirilən tədbir və görüşlərin əks olunduğu şəkillərdən ibarət sərgi mümayiş edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.