525.Az

İrəvandakı partlayışın Beyrut izləri… - Şərh

[15.08.22]
İrəvandakı partlayışın Beyrut izləri… - <b style="color:red">Şərh</b>

İrəvanda ticarət mərkəzindəki partlayışda 5 nəfər ölüb, 17 nəfər itkin (aydın məsələdir ki, onlar da ölüb) düşüb. 

Partlayışın baş vermə səbəbi haqqında ilkin versiya pirotexnik anbarında “külli miqdarda təhlükəli maddənin saxlanma şərtlərinə əməl edilməməsi” dir.

Ticarət Mərkəzində hansı “təhlükəli maddə küllü miqdarda” toplana bilər, bu ayrı mövzudur. 

Amma ticarət mərkəzi və onun sahibi haqqında ilkin məlumatlar və daha öncə baş vermiş buna oxşar hadisələrlə analogiya aparmaqla hadisə haqqında təsəvvürlər formalaşdırır. Ticarət Mərkəzi əslən Beyrutdan olan  Livan ermənisinə məxsusdur.

Ermənistanda geniş biznes şəbəkəsi  olan bu şəxs həm də daha çox ölkədə Livan və Suriyadan olan biznes dairələrin  hamisi kimi tanınır.

2020-ci ilin avqust ayında Beyrut limanında baş verən partlayışla əlaqənin olmasını iddia etmək üçün geniş araşdırmaya ehtiyac olsa da, oxşarlıq göz önündədir.

Beyrut limanındakı partlayışın ilkin rəsmi versiyası fişəng ambarı və “təhlükəli maddələrin saxlama şərtlərinə” əməl edilməməsi idi.

Xatırladım ki, Beyrut limanında Suriya hökümətinin sifarişi,   Kiprdə yaşayan Rusiyalı biznesmen İqor Qreçuşkinin vasitəçili ilə Gürcüstandan alınmış 2.750 ton nitrat ammonyak – ammonyak turşusunun (başqa adı ammonyak selitrasıdır)   patlaması olmuşdu. 

Gürcüstanın “Rustavi Azot” zavodundan alınmış 2,750 ton ammonyak selitrası Mozambikin “Fabrica de Explosivos de Moçambique” fabrikində partlayıcı maddələrin istehsalı üçün nəzərdə tutulmuşdu.

Bu maddə Suriya hökümət qüvvələrinin üsyançılara qarşı aktiv istifadə etdiyi, qadağan olunmuş kimyəvi silahların hazılanmasında istifadə olunur. 

2013 cü ildə ABŞ-nin Suriya hökumətinin müharibə aktivlərinə tətbiq etdiyi sanksiyalara görə ammonyak selitranı daşıyan gəmi Beyrut limanında həbs olunmuş və 6 il orda dayanmışdır.

Beyrut limanında baş verən partlayışı tədqiq edən istintaq qrupu orda cəmi 300-500 kiloqramlıq ammonyak selitranın partladığını bildirib. 

Bu isə o anlama gəlir ki, yerdə qalan 2,2 ton selitranın  oğurlayıb, gəmini partlatmışdılar. 

Bir sözlə, İrəvanda baş verən partlayışı diqqətlə izləyirik…

Politoloq Yeganə Hacıyeva

Qeyd: Bu material müəllifin feysbuk hesabından götürülüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.