525.Az

Türkiyədə gün ərzində ikinci faciə: 58 ölü (YENİLƏNİB)

[06.09.12]
Türkiyədə gün ərzində ikinci faciə: 58 ölü (YENİLƏNİB)

İzmirin Menderes qəsəbəsinə bağlı Əhmədbəyli qəsəbəsində qanunsuz yollarla Avropaya getmək istəyən balıqçı qayığı qayalara çırpılaraq batıb Gəmidə çoxu qadın və uşaq olmaqla 102 qaçaq olub.

525.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Menderes kaymakamı (icra nümayəndəsi) Tahsin Qurdbəyoğlu qəzadan sonra verdiyi açıqlamada 20 cəsədin tapıldığını bildirsə də axşam saatlarına qədər ölü sayı artıq 58-ə çatıb. Ölənlərin Suriya və İraqdan olan kürdlər olduğu təsdiqini tapıb. Ölənlərdən 25-i uşaqdır

Qayığın göyərtəsində olan və üzərək sahilə çıxan 51 qaçaq xilas edilib. Onlar qayığın alt hissəsindəki bağlı bölmədə çox sayda insanın olduğunu söyləyiblər. Hadisə ilə bağlı iki türk təşkilatçı həbs edilib.

Xilas edilən şəxslərin İraq və Suriya vətəndaşları olduğu bildirilir. Kürdcə bilən əsgərlər vasitəsilə alınan ilk ifadələrində qaçaqlar İzmirin Basmane səmtindəki hotellərdə qaldıqlarını, buraca insan tacirləriylə əlaqə qurduqdan sonra İngiltərəyə getmək üçün razılığa gəldiklərini deyiblər. Ancaq qayıq dənizə açıldıqdan 50 metr sonra qayalara çırpılıb və su dolması nəticəsində batıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.