525.Az

“Azərbaycan istənilən təxribatın qarşısını almağa qadirdir”

[06.08.22]
“Azərbaycan istənilən təxribatın qarşısını almağa qadirdir”<b style="color:red"></b>

44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə etməklə Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi və geostrateji reallıqlar yaratdı.  Bu gün artıq bütün aparıcı beynəlxalq qüvvələr də bu reallıqları qəbul edir və öz fəaliyyətlərini ona görə qururlar. Bu reallıqları məğlub Ermənistan da qəbul etməlidir.

Lakin təəssüflər olsun ki, bugün biz hələ də bu məğlub ölkədə səsləndirilən revanşist şüar və çağırışları eşidir,hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinin şahidi oluruq.

Lakin Ermənistanın belə təxribatçı əməllərinə cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə dəmir yumruğun yerində olduğunu nümayiş etdirdi. “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürüldü. Ordumuzun həyata keçirdiyi bu əməliyyat antiterror əməliyyatıdır, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə qeyd edib ki, əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. Sözü imzası qədər keçərli olan möhtərəm prezidentimiz İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə hər zaman xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırıb.  

Revanşistlərə, Ermənistan rəhbərliyinə və onun havadarlarına çatdırıb ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Çünki Azərbaycan Qarabağ məsələsini artıq həll edib. Nə "status" var, nə də "Dağlıq Qarabağ". Ermənistan qəbul etməlidir ki, artıq iki ildir Dağlıq Qarabağ münaqişəsi həll olunub.

Döyüş meydanında aciz qalan Erməni revanşistləri, onların havadarları,anti-Azərbaycançı qüvvələr çarəni hər cür alçaqlığa əl ataraq, müxtəlif ideoloji təxribatlarda görürlər.

 Londondakı, Azərbaycan səfirliyinə edilən hücum, bayrağın endirilməsi, təhqir edilməsi və üstəlik bütün bunların Azərbaycanın həyata keçiridiyi “Qisas” əməliyyatı ərəfəsində baş verməsi,təbii olaraq bu təxribatında arxasında həmin qüvvələrin olduğuna işarədir.

Məqsədləri isə bəllidir. Azərbaycanda sabitliyi,birliyini pozmaq,qarışıqlıq yaradmaq və bu qarışıqlıqdan istifadə etməyə cəhd etməkdir.  

Lakin bütün planlarının, təxribatlarının sonu həmişə olduğu kimi fiasko,məğlubiyyət olacaq.Çünki, Azərbaycanın hər cür təxribatın qarşısını almağa qadir qüdrətli ordusu,bu ordunun İlham Əliyev kimi müzəffər Ali baş komandanı,və dövlətinin arxasında dağ kimi duran məğrur xalqı var.

Vüsal Yusifov

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.