525.Az

Doğru xarici siyasət - Natiq Cəfərli

[06.08.22]
Doğru xarici siyasət - <b style="color:red">Natiq Cəfərli</b>

Erdoğan-Putin görüşü haqqında bir neçə ciddi mənbələrdə çıxan məlumatları, yazıları oxudum - bir daha əmin oldum ki, qardaş Türkiyənin doğru xarici siyasəti bu ölkəni Qərb və Rusiya arasında əsas kommunikasiya kanalı, əsas "pəncərəyə" çevirir və bu hər 3 tərəfə (Qərb, Rusiya, Türkiyə) divident gətirir. Türkiyə Rusiyaya ixracını kəskin artırır, bazardan gedən Qərb şirkətlərini əvəz edir, həm də Qərbin Rusiyaya satmaq, Rusiyadan almaq istədiyi məhsulların əsas kanalına çevrilir.

İki ölkə arasında ticarət dövriyyəsinin yaxın zamanda 100 mlrd. dollara çatdırılması hədəfi qoyulub (2021 də 33 mlrd. dollar olub), deməli Türkiyənin "pəncərə" rolu xeyli artacaq.

Görüşün siyasi və təhlükəsizlik ayağı da çox önəmli idi, Rusiya ilə Türkiyə Suriyada, Liviyada birbaşa, Qafqazda isə dolayısı ilə üz-üzədir, toqquşan maraqları N qədərdir, amma diplomatiya, siyasət də məhz uzlaşma sənətidir. 
Əminliklə söyləmək olar ki, Rusiyanın Türkiyəyə ehtiyacı artır, bu isə bizim üçün çox yaxşı haldır, son illər Türkiyə və Azərbaycan xarici siyasətdə sinxron davranır, bir-birini tamamlayırlar. 

P.S. Bir çox dostlar, qələm əhli sual göndərib ki, Türkiyə Rusiyadan qazı rubulla alacaq, elə deyil, qazın yalnız kiçik bir hissəsi rubulla alınacaq və bu da "ikili hesab" prinsipi ilə olacaq - iki hesab açılacaq, valyuta ilə pul ilk hesaba daxil olacaq, sonra həmin vəsait bankın özü tərəfindən əməliyyat gününə olan məzənnə ilə rubla konvertasiya olunub Qazproma köçürüləcək - vəssalam.

( Şərh müəllifin feysbuk səhifəsindən götürülüb)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.