525.Az

YARAT-da növbəti tədbir - "Reklamda kreativlik"

[05.08.22]
YARAT-da növbəti tədbir - "Reklamda kreativlik"<b style="color:red"></b>

Avqustun 10-da YARAT Müasir İncəsənət Məkanı dünyanın ən məşhur yaradıcılıq festivallarından biri sayılan "Cannes Lions" və "Endorphin" reklam agentliyinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün hazırlanan "Reklamda kreativlik" adlı tədbir keçirəcək.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə "Cannes Lions 2022" festivalından yenicə qayıtmış Azərbaycan təmsilçiləri - "Young Lions" müsabiqəsinin gənc iştirakçıları və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərinin, həmçinin, müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi apararaq, bilik və təcrübələrini bölüşəcəklər.

YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunacaq tədbir Azərbaycan dilində keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.