525.Az

Sumqayıtda çimərliklərdə maarifləndirmə tədbiri keçirilib

[05.08.22]
Sumqayıtda çimərliklərdə maarifləndirmə tədbiri keçirilib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “H.Z.Tağıyev” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

FHN-dən 525.az-a verilən məlumata görə, maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “H.Z.Tağıyev” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə əməkdaşlar tərəfindən təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.

Sonda mövzuya aid suallar cavablandırılıb, tədbirdə iştirak edən vətəndaşlara bukletlər, maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları paylanılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.