525.Az

“İpək Yolu ölkələri arasında sadələşdirilmiş viza rejimin tətbiq olunsun”

[06.09.12]
“İpək Yolu ölkələri arasında sadələşdirilmiş viza rejimin tətbiq olunsun”

“Turizmin canlandirilması üçün İpək Yolu ölkələrinin Baş Assambleyası yaradılsın”.

525.az saytının məlumatına görə, bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi bu gün Bakıda keçirilən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, “İpək Yolu” elə bir addır ki, tarixi özündə əks etdirir: “Bu dinlərin, sivilizasiyalın elə bir marşrutudur ki, burada insan irsinin qorunması böyük əhəmiyyət kəsb edir. Vitse-prezident yaradılacaq assambleyanın ilk qurultayının gələn ilin sonunda İranda keçirilməsini təklif edib.

S.H.Musəvi həmçinin təklif edib ki, 2014-cü il “İpək Yolu” devizi ilə altında elan olunsun: “Ümumdünya Turizm Təşkilatının bir gününün “İpək Yolu Günü” kimi qeyd edilsin, İpək Yolu ölkələri arasında Şengen vizasına analoq olaraq sadələşdirilmiş viza rejiminin tətbiq olunsun. Eləcə də “İpək Yolu” atlasının tərtib edlisin, necə ki, hazırda İranda belə bir atlas hazırlanır”. BƏXTİYAR


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.