525.Az

Bakıda Beynəlxalq Olimpiya Günü qeyd olunub

[23.06.22]
Bakıda Beynəlxalq Olimpiya Günü qeyd olunub<b style="color:red"></b>

Bakıda Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təsis olunması və MOK-un yaradılmasının 30 illik yubileyi münasibətilə Beynəlxalq Olimpiya günü tədbiri keçirilib.

525.az xəbər verir ki, tədbirdə Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, olimpiyaçılar Zemfira Meftəhətdinova, Lyudmila Şubina, gənc idmançılar və digərləri iştirak ediblər.

Tədbirin əsas məqsədi sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Çıxışlarda bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb.

Qeyd olunub ki, Azərbaycan idmançıları Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər.

Otuz il ərzində idmançılar Yay Olimpiya Oyunlarında 8 qızıl, 14 gümüş və 29 bürünc medal qazanıblar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.