525.Az

Obama rəsmən namizəd oldu

[06.09.12]
Obama rəsmən namizəd oldu

ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edir.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, keçmiş prezidentlərdən Bill Klintonun da iştirak etdiyi Demokrat Partiyanın qurultayında prezident Barak Obamanın namizədliyi rəsmən elan edilib. Şimali Karolina ştatının Şarlotte şəhərində keçirilən qurultayda həmçinin partiyanın proqramından srağagün çıxarılan "Qüds İsrailin paytaxtıdır və elə də qalacaq" cümləsi ilə "Tanrı" sözü yenidən daxil edilib.

Qurultayda nümayəndələri coşduran uzun bir çıxış edən Klinton iqtisadi məsələlərə ağırlıq verib. Obamanın təhvil aldığı iqtisadi xarabalığın 4 ildə düzəldilməsinin mümkünsüz olduğunu bildirən Klinton qeyd edib ki, bu səbəbdən indiki prezident daha 4 il vəzifədə qalmalıdır. Obamanın uzlaşmaçı mövqeyini tərifləyən Klinton prezidentin ona rəqib olan Hillari Klintona belə dövlət katibi vəzifəsini verdiyinə dair zarafat edib. Keçmiş prezident respublikaçıların namizədi Mit Romni və müavini Pol Rayanı isə sərt şəkildə tənqid edib.

Klinton çıxışının sonunda səhnəyə gələn Obamanı qarşısında əyilərək onu salamlayıb. Obama isə onu qucaqlayaraq cavab verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.