525.Az

Faiq Qəzənfəroğlu: "XXI əsrin Türk əsri olacağı ilə bağlı siyasi iradəyə hörmətlə yanaşılmalıdır!"

[13.05.14]
Faiq Qəzənfəroğlu: "XXI əsrin Türk əsri olacağı ilə bağlı siyasi iradəyə hörmətlə yanaşılmalıdır!"<b style="color:red"></b>

Bu yaxınlarda AMEA Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə) adlı monoqrafiyası nəşr olunub. Milli ideologiya, milli ideya, milli kimlik, milli şüur, milli əxlaq s. sahələr  üzrə araşdırmalar aparan müəllif monoqrafiyanın II hissəsində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti ideologiyası: qərbpərəstlik, avropasayağı "mollanəsrəddinçilik", milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirib. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb. Özəlliklə, milli ideyaların çağdaş dövrdə dərəcədə aktuallığı məsələsi araşdırılmış, yeni fikirlər irəli sürülüb. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər vətəndaş cəmiyyəti ilə oxşar fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilib. F.Qəzənfəroğlu ilə söhbətimiz məhz bu məsələlərlə bağlı oldu. 

- Milli ideologiya mövzusuna müraciət etməyinizə səbəb oldu?

- Ötən 20-22 il ərzində Azərbaycan türkləri, azərbaycanlılar milli ideyanın müəyyənləşməsi baxımından ziddiyyətli bir prosesin içində olmuşlar. Belə ki, ilk dövrlərdə daha çox türkçülük müəyyən qədər islamçılığın təsiri altında olan Azərbaycan xalqı sonralar azərbaycançılığa, hətta ideologiyasızlaşdırmağın bir növü olan "vətəndaş cəmiyyəti" meyil etməyə başlamışlar. Hazırda isə, demək olar ki, bu ideyaların hər biri az ya çox dərəcədə azərbaycanlıların şüurunda müəyyən yer tutmuşdur. Ancaq bunun özü zənnimizcə, nisbi xarakter daşıyır. Buna səbəb , yuxarıda da qeyd etdiyimiz kimi, əksər azərbaycanlıların şüurunda sovet ideologiyasının tamamilə inkar edilməməsi əvəzində yeni ideyaların birmənalı şəkildə özünyə yer tapa bilməməsidir. Bu mənada, fikrimizcə müstəqillik dönəmində az sayda azərbaycanlılar birmənalı şəkildə hansısa ideyaya tapınıblar ondan üz döndərmək fikirləri yoxdur.

Çağdaş dövrdə milli ideologiya problemi ilə bağlı şüurlarımızda tərəddüd etməyimizin başlıca səbəblərindən biri, Azərbaycan xalqının ayrı-ayrı təbəqələrində, o cümlədən düşünən beynində kifayət qədər ziddiyyətlərin olmasıdır. Bu ziddiyyətlərin kökləri nədir? Bizcə, milli ideologiya məsələsinə Sovetlər Birliyi dövründə yaşamış insanların bir, yeni nəslin isə ondan fərqlənən digər baxışları var. Biz istəsək , istəməsək bu bir reallıqdır ki, bugünkü Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə yaşayıb "sovet beynəlmiləlçiliyi" təhsili alıblar. Şübhəsiz, onların əksəriyyətinin milli ideya, milli ideologiya anlayışlarına özünəməxsus münasibətləri vardır. Bu münasibətdən dolayı onları ittiham etmək, əsasən doğru deyildir. Yeni nəslin isə pis-yaxşı, milli ideologiya probleminə onlardan fərqli baxışı var. Bu o demək deyil ki, hökmən yeni nəsil sovet nəsli hansısa məsələlərdə hökmən ya razılaşmalı, ya da inkar yolu tutmalıdır. Fikrimizcə, burada əsas olan ilk növbədə, ortaq nöqtələrin tapılması uzlaşdırmaların olmasıdır.

Hər halda, son illərdə milli ideologiyaya marağın artması göstərir ki, artıq azərbaycanlılar mövcud olan ideyaları daha çox şüurlu şəkildə saf-çürük edərək  əsaslı bir ideyaya tapınmaq, bununla da milli birliyi gücləndirmək əzmindədirlər. Ancaq bunun üçün ilk növbədə, Azərbaycan xalqında milli şüur formalaşmalıdır. Milli şüur formalaşmadan milli ideologiya sahəsində ciddi uğurlar əldə etmək çətindir. Bu mənada, çağdaş dövrdə Azərbaycanda milli şüur məsələsindən bəhs etmədən milli ideologiya haqqında mühakimələr yürütmək doğru olmazdı. Başqa sözlə, "sovet beynəlmiləlçiliyi" təfəkküründən milli təfəkkürə keçib milli şüur formalaşdırmaqla milli ideologiya məsələsində isə əldə etmək olar.

- Kitabınızda Türkçülük ideologiyasına xüsusi yer verirsiniz. 21-ci əsrdə türkçülük məfkurəsinə yenidən müraciət dərəcə aktualdır?

- Milli fəlsəfi fikir tariximizdə milli ideyalardan biri birincisi türkçülükdür. Türkçülük Azərbaycan xalqı üçün milli kimlik, milli özünüdərk milli özünütəyindir. Biz hesab edirik ki, ötən əsrdə mövcud olan ideyalardan bəhs edərkən onları indiki cəmiyyətə olduğu kimi uyğulamaq lazım deyildir. Ancaq bu o da demək deyil ki, biz Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan milli ideyaları, o cümlədən türkçülüyü  bu gün yalnız tarixin, ya da milli identikliyin hissələri kimi görməliyik. Əgər yeni dövrdə, doğrudan da, həmin ideyaları reallaşdırmaq mümkün deyilsə, ancaq onların əvəzinə irəli sürülən ideya ya ideologiyada bu ya digər formada varisliyi qorumaq da mütləqdir. Əks təqdirdə bizim Cümhuriyyətin nəinki mənəvi-ruhi, hətta siyasi-hüquqi baxımdan davamçısı olmağımızın da heç bir mənası olmaz. Ən azı ona görə ki, 20-ci əsrin əvvəllərində Azərbaycan milli ideyasının təcəssümü olan üçrəngli-üçmənalı (türkləşmək, müasirləşmək islamlaşmaq), eyni zamanda vahidliyi bütövlüyü (milli ruhlu azərbaycançılığı) ifadə edən bayrağı ucaldan Azərbaycan Cümhuriyyəti olmuşdursa da, onu həmin əsrin sonlarında yenidən dövlət bayrağı kimi qəbul edən biz azərbaycanlılarıq. Hər halda, bugünkü Azərbaycanın dövlət bayrağı ötən əsrin əvvəllərində təməli qoyulmuş Azərbaycan milli ideyasının - azərbaycançılığın bariz təcəssümüdür.

Bu baxımdan türkçülüyü onun bariz təcəssümü olan Azərbaycan milli ideyasını ("üçlük"+azərbaycançılığı) yalnız tarixin, ya da identikliyin hissələri kimi qəbul etmək doğru deyildir. Yəni burada əsas məsələ Azərbaycan xalqının (yurdaşlıq dövlətçilik anlamında) özünəməxsus inkişaf yolunun əngəllənməsi deyil, bəlkə əksinə azərbaycançılığı "üçlük", o cümlədən türkçülük əsasında daha inandırıcı etibarlı etməkdir. O ki qaldı milli ideologiyanın tərkib hissəsi olan hər hansı bir ideyaya (türkçülük, azərbaycançılıq, modernləşmə s.) münasibətdə bəzi kənara çıxmalara, ifrata varmalara - bu həmişə olmuşdur, indi var gələcəkdə olacaqdır.

-Bu gün qloballaşan dünyada Türk milliyyətçiliyinin yeri hardadır? Qloballaşma prosesi Türk millətinə qarşı təhlükə yaradırmı? Yaradırsa, bu təhlükələrdən necə xilas olmalıyıq?

- Bir çoxları hesab edirlər ki, qloballaşmanın əsas ideyaları modernləşmə, postmodernləşmə, demokratiya, liberalizm vətəndaş cəmiyyətidir. Fikrimizcə, bütün bunlar Azərbaycan vətəndaşının təfəkküründə yaxşı halda beynəlmiləl, pis halda isə kosmopolit şüur formalaşdıra bilər. Çünki bu ideyaların tətbiqi zamanı irqindən, dinindən asılı olmayaraq bütün insanların hüquq azadlıqları önə çəkildiyi üçün millilik arxa plana keçirilir. Xüsusilə, son zamanlar vətəndaş cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti, tolerantlıq  s. anlayışların qloballaşma prosesinin tərkib hissəsi kimi təbliği çox düşündürücüdür. Bizə elə gəlir ki, qloballaşma prosesi anlamında aldadıcı zahirən müsbət görünən ideyaların içində şüurlarımıza yeridilən, ancaq milli dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, Türk dünyasında, o cümlədən Azərbaycanda qloballaşmanın geniş yayıldığı, vətəndaş cəmiyyətinin qurulmasına çağırışlar edildiyi bir dövrdə islamçılıq türkçülüyün qədər vacibliyi məsələsinin xüsusi maraq doğurması təbiidir. Ümumiyyətlə, qloballaşma prosesində "üçlüyə" (türkləşmək, islamlaşmaq müasirləşmək) münasibətdə iki əsas baxış var: 1) vətəndaş cəmiyyəti daha vacibdir, nəinki "üçlük"; 2) vətəndaş cəmiyyəti quruculuğu qədər zəruri olursa-olsun "üçlük" onun kölgəsində qalmamalıdır.

Deməli, bu gün milli şüurun formalaşmasında ən azı ikitərəfli mübarizə gedir. Bu mübarizədən hansının qalib çıxması ilə milli şüurun formalaşması prosesi yeni bir çalar daşıya bilər. Daha doğrusu, əgər vətəndaş cəmiyyətinin "üçlük"dən daha vacib olması qənaətinə gəlinərsə, yaxud da gəlinirsə bu zaman milli şüurun öz mahiyyətindən xeyli dərəcədə kənara çıxması baş verə bilər. Çünki vətəndaş cəmiyyəti üzərində formalaşan şüur daha çox beynəlmiləl, müəyyən mənada kosmopolit şüurdur. Digər tərəfdən vətəndaş cəmiyyətinin özünə olan münasibət onun tətbiqi forması birmənalı deyildir. Belə ki, sözün həqiqi mənasındakı vətəndaş cəmiyyəti modeli uyğulanarsa müəyyən mənada o, milli şüurla uzlaşdırıla bilər. Ancaq bu formal şəkildə baş verərsə məsələ tamamilə başqa rəng alar.

- Kitabda milli şüurun yenidən formalaşdırılması məsələsinə xüsusi diqqət yetirmisiniz. Milli şüurun formalaşmasına ciddi əngəl kimi elm təhsil sistemindəki boşluqları göstərir, Sovet dövrünün yetişdiriyi müəllimləri ziyalıları tənqid edirsiniz....

- Çox təəssüflər olsun ki, hazırda Azərbaycan tarixinə, mədəniyyətinə fəlsəfəsinə həsr olunmuş əsərlərin, tədqiqat işlərin əksəriyyəti milli şüuru formalaşdırmaqdansa, daha çox ona əngəl olur. Xüsusilə, Azərbaycanda Sovet ideologiyasından qurtula bilməyən müəllimlərin ziyalıların müstəqillik dövrünün nəslini milli şüurda formalaşdırması inandırıcı görünmür. Bu gün orta ali məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti istəsək , istəməsək sovet dövrünün müəllimləridir. Maraqlıdır ki, sovet təhsil sisteminin yüksək keyfiyyətindən danışan bu müəllimlərin əksəriyyəti indiki təhsil sistemindəki boşluqları başqa yerdə axtarırlar. Halbuki indi təhsil sistemində işləyənlərin əksəriyyəti SSRİ dövrünün müəllimləridir. Belə olduğu təqdirdə, bəs onlar niyə əvvəlki təhsil keyfiyyətini şagirdlərə verə bilmirlər? Buna əngəl olan nədir? Sovet təhsil sistemini müdafiə edən bu cür müəllimlərin fikrincə, problem onlarla deyil, təhsil sitemindəki boşluqlarla bağlıdır. Onlar bu məsələdə müəyyən qədər haqlıdırlar. Yəni doğrudan da təhsil sistemində hələ problemlər qalmaqdadır. Ancaq bu məsələnin bir tərəfidir. Ancaq şagirdlərə istənilən səviyyədə təhsil tərbiyə verilməməsində Sovet dövrünün təfəkküründən qurtula bilməyən müəllimlər təhsil işçiləri günahkardırlar. Onlar qədər yaxalarını qırağa çəksələr , etiraf olunmalıdır ki, şagirdlərin əksəriyyətində milli şüurun (vətənpərvərlik, millətpərvərlik, insanpərvərlik, islampərvərlik s.) istənilən səviyyədə formalaşmamasında müəllimlər təhsil işçiləri müəyyən rol oynayırlar. Onların dünyagörüşü sovet təfəkkürünə əsaslandığı üçün, yeni nəsildə müstəqillik millilik ruhunu formalaşdırmaqda çətinlki çəkirlər. Bu yalnız onların bunu istəməmələri ilə bağlı deyildir. Çünki onların arasında bunu istəyənlərin əksəriyyəti belə təfəkkür baxımından yeni nəsillə uyğunlaşa bilmirlər.

Məsələn, sovet müəllimlərinin ziyalılarının Azərbaycan xalqının tarixi şəxsiyyətləri olan Babəkə, Şah İsmayıl Xətaiyə, Koroğluya, Cavad xana, M.Ə.Rəsulzadəyə, S.Vurğuna, Ə.Hüseynzadəyə, N.Nərimanova münasibəti ilə yeni nəslin onlara baxışlarında xeyli dərəcədə fərqliliklər var. Bu o demək deyil ki, yeni nəsil müəllimləri ziyalıları hər şeyi doğru qiymətləndirirlər. Əlbəttə, belə bir müddəa ilə çıxış etmək yanlış olardı. Ancaq yeni nəslin şüurunda həmin şəxsiyyətlərə, qəhrəmanlara, ümumiyyətlə tarixi mədəni abidələrə münasibətdə çatışmazlıq varsa, bunun da əsas günahkarları məhz sovet dövrünün müəllimləri ziyalılarıdır. Çünki onların əksəriyyəti SSRİ dövründə "rus kommunizmi"ni təbliğ edirdilər, müstəqillik olduqdan sonra ona uyğunlaşmaq adı altında dünyagörüşləri ilə uyğun gəlməyən, öz anlamlarında yeni bir şeylər ifadə etməyə çalışdılar. Fikrimizcə, əgər sovet təfəkkürünün daşıyıcıları olan bu müəllimlər ziyalılar öz dediklərində səmimi deyillərsə zəmanəyə uyğun hərəkət edirlərsə, o zaman yeni nəsildən hansı mənada böyük ümidlər gözləmək olar.

- Faiq Qəzənfəroğlu Türk dünyasının gələcəyini necə görür?

- Özəlliklə, 21-ci əsrin "Türk əsri" olması şüarının fonunda baş verənlər heç ürəkaçan deyildir. Belə ki, türkçülüyün dayaq mərkəzləri olan Türkiyə Azərbaycanda üzdə türksevərlik, ancaq mahiyyət etibarilə türksüzləşdirmə prosesinin getdiyi bir dövrdə bu şüar xeyrimizdən çox zərərimizə işləyir. Çünki Türkiyə Azərbaycanda baş verən türksüzləşdirmə prosesi fonunda bu şüardan əleyhimizə istifadə edirlər. Bu səbəbdəndir ki, ən ali səviyyədə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilindən belə dəfələrlə bu fikir səsləndirilsə , bunu eşitməzlikdən, görməzlikdən gələnlər var. Ona görə hesab edirik ki, hazırda sözün həqiqi mənasında 21-ci əsrin "Türk əsri" olmasından çox türksüz "Türk əsri"nin reallaşması meyli özünü açıq şəkildə büruzə verir. Bu baxımdan türkçülüyə münasibətdə qeyri-sağlam mövqe tutanlar dövlət başçısının Türk Birliyi, Türk Mədəniyyəti, Türk İrsi ilə bağlı apardığı əməli siyasətdən nəticə çıxarmalıdırlar. Bu cür mövqe sərgiləyənlər yalnız kosmopolitizmi təbliğ etməkdən əl çəkməli, Türk ruhlu kitabların nəşri üçün "yuxarılardan" göstəriş gözləməməlidirlər. Belələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günə qədər əməldə ortaya qoyduğu Türk Birliyi siyasətinə, özəlliklə XXI əsrin Türk əsri olacağı ilə bağlı siyasi iradəsinə hörmətlə yanaşmalıdırlar!

Bu mənada, antitürk dairələrin Azərbaycanda, Türkiyədə, Türküstanda türksüz "Türk əsri" ssenarisini pozmaq üçün milli şüurumuza yeridilən indinin özündə bu ya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin neçə min illiklər boyu qoruyub saxladığı yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini , dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti s. ilə yanaşı, ümumi türk fəlsəfəsi, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixindən bəhs olunmalı, tədris edilməlidir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq yenicə müstəqillik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi mənasında türkçülüyü - türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsini, türk tarixini daha dərindən yaxından anlamış olacaqlar. Məhz bütün bunların gerçəkləşəcəyi təqdirdə "Türk əsri"ndən bəhs etmək olar!

Azərbaycanda indinin özündə bəziləri hesab edirlər ki, türk mədəniyyəti, türk dili, türk ədəbiyyatı s. yalnız Türkiyə türklərinə məxsusdur. Bu mənada,  artıq Azərbaycan xalqının öz mədəniyyətini, ədəbiyyatını, dilini, milli kimliyini türk adlandırması doğru deyildir. Şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirmir. Çünki Azərbaycan Respublikası müstəqil dövlət olmaqla yanaşı, həmişə türklüyün nüvəsi olmuş olmaqda da davam edir. Bunu, son dövrlərdə Azərbaycanın Türkiyə Orta Asiyanın türksoylu dövlətləri ilə yaxından əməkdaşlıq etməsi, bir sıra ortaq təşkilatların (Türkdilli dövlətlərin sammiti, Türksoy, Türk Parlament Assambleyası, TAKM s.) yaranmasında aparıcı rol oynaması da göstərir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.