525.Az

"Bişkek protokolu"nun vaxtı bitir?

[13.05.14]
"Bişkek protokolu"nun vaxtı bitir?<b style="color:red"></b>

"BUNUNLA BAĞLI YAYILAN İNFORMASİYALAR HƏQİQƏTƏ SÖYKƏNMİR 

Dünən Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 20 ili tamam oldu. 1994- il mayın 8- tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12- qüvvəyə minib cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb. Atəşkəs sazişinin imzalanması ilə bağlı müxtəlif iddialar mövcuddur. "Bişkek protokolu" Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət ya sülhə çağırış məqsədli hüquqi xarakter daşımayan sənəddir. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994- ilin mayında imzalanıb. Bu sənədin 1994- il mayın 5- Bişkek şəhərində imzalanması nəzərdə tutulub. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə "DQR parlamentinin spikeri" kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalayıb. O, isə bundan imtina edib.

Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilib daha sonra sənədin əsli oraya aparılıb. Həmin sənədin əslinin hazırda Rusiya Xarici İşlər Nazirliyinin arxivlərində saxlanıldığı güman edilir. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirib. O, mayın 8- Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamaq təklif edib. Bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. O da sənədin mətninə müəyyən düzəlişlər edilmədən onu imzalayanlar sırasına DQAİ-nin rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina edib. Sonralar Vladimir Kazimirov öz xatirələrində belə qeyd etmişdir: "Bu sənəd hüquqi xarakter daşımadığına üstəlik, hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət ya sülhə çağırış idi. Buna görə Azərbaycan tərəfinin təkid etdiyi düzəlişlərin o qədər böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı". İmza prosesi belə yekunlaşır: Rəsul Quliyev Kazimirovun gözünün qabağında öz əli ilə Nizami Bəhmənovun adını oraya əlavə etmiş, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş bundan sonra A.Cəlilovun adının yanında öz imzasını qoyub. Bəhmənovu axtarmağa başlayanda, məlum olur ki, həmin gün o, Bakıda yox imiş. Kazimirov mayın 5- Bişkekdə 6 iştirakçı tərəfindən imzalanmış indi R.Quliyevin imzasının əsli onun öz əli ilə etdiyi düzəlişlər əlavə edilmiş protokolun kserosurətini götürüb Bəhmənovu gözləmədən Moskvaya qayıdıb. Rusiyanın layihəsinə görə, Ermənistan Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi" imza atmalı idilər.

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Qeyd edək ki, 1993- ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20- yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994- ilin fevral-mart aylarında Ağdam-Tərtər Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.

Atəşkəsdən ötən 20 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu digər səbəblərdən həlak olub. Hətta bəzi məlumatlarda atəşkəs sazişinin vaxtının bitdiyi deyilir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "525"ə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs sazişinin vaxtı bitməyib. Onun sözlərinə görə, bununla bağlı yayılan informasiyalar həqiqətə söykənmir: "Şəxsən həmin sazişi oxumuşam orada hər hansı bir bənd yoxdur ki, bu atəşkəsin müddəti 20 ildən sonra bitəcək. Odur ki, bu məsələdə daha diqqətli olmağın vacibliyini qeyd edirəm. Kim istəyirsə, internet vasitəsi ilə həmin sazişlə tanış ola bilər".

N.Orduxanlının sözlərinə görə, atəşkəs rejiminin qorunub- saxlanması isə birbasa Ermənistana daha çox fayda verir. O, hesab edir ki, münaqişə uzandıqca Azərbaycan itirir.

Dağlıq Qarabağ danışıqlarında əsas iştirakçılardan olan sabiq dövlət müşaviri Vəfa Quluzadə açıqlamasında deyib ki, "Bişkek protokolu" deyilən sənəd yoxdur, həmçinin o siyasi sənəd deyil. Politoloq bu protokolu Azərbaycan Milli Məclisinin ratifikasiya etmədiyini qeyd edib. Sənəddə heç bir vaxtdan söhbət getmədiyini qeyd edən V.Quluzadə bunları söyləyib: "O zaman Azərbaycan müdafiə naziri ilə Ermənistanın müdafiə naziri arasında belə bir protokol imzalanıb. Bunun imzalanması Prezident Heydər Əliyev Levon Ter-Petrosyanın razılığı ilə baş verib. Protokolun formulu belə idi ki, sülh əldə olunana qədər atəşkəs bağlansın. İndi deyirlər ki, guya 20 illik olub. Halbuki orda vaxtla bağlı heç göstərilməyib dediyim kimi heç bir siyasi qüvvəsi yoxdur. Sadəcə olaraqBişkek protokoluyalnız müxtəlif spekulyasiyalar üçün dilə gətirilir. Atəşkəsin əldə olunması hər kəsdən çox Rusiyaya lazım idi. Məhz buna görə protokol Rusiya tərəfindən hazırlanıb".

AQİL


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.