525.Az

ABŞ səfiri Tərtərdə münaqişədən zərər çəkmiş sakinlərlə görüşüb

[01.12.21]
ABŞ səfiri Tərtərdə münaqişədən zərər çəkmiş sakinlərlə görüşüb <b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Tərtər rayonunun Şəhlabad və Əskipara kəndlərinə səfər edib.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin "Facebook" hesabında bildirilib.

Səfirliyin məlumatına görə, L. Litzenberqer kəndlərin münaqişədən zərər çəkmiş sakinləri ilə görüşüb, onların həyatı və keçmiş təmas xəttinə yaxın ərazidə yaşadıqları çətinliklərlə tanış olub.

O, “StatePRM” proqramı çərçivəsində kəndlərdə ABŞ tərəfindən maliyyələşdirilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) proqramları ilə tanış olmaq üçün BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə də görüşüb.

Qeyd edək ki, ABŞ BMT QAK-in Azərbaycandakı proqramlarına 3,9 milyon dollardan çox maliyyə vəsaiti ayırıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.