525.Az

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi təyin edilib

[01.12.21]
Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi təyin edilib<b style="color:red"></b>

Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

525.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi ləğv olunub.

Xatırladaq ki, E.Hüseynov bu il mayın 24-də dövlət başçısının imzaladığı sərəncamla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. İxtisasca iqtisatçı olan E.Hüseynov özünün işgüzar bacarığı, işinə sevgi və həvəslə yanaşması sayəsində tezliklə Ağdam sakinləri arasında rəğbət qazana bilib.

Qeyd etmək yerinə düşər ki, Ağdam rayonunun işğaldan azad edilən hissəsinə dövlət və Xüsusi nümayəndəliyin xətti ilə gələn qonaqları, o cümlədən, yerli sakinləri çox vaxt səfər boyu E.Hüseynov şəxsən özünü səbir, təmkin və hörmətlə müşayiət edib, görülən işlər barədə onlara dolğun məlumat verib. O, yüksək insani keyfiyyəti, savadı ilə də müsbət mənada fərqlənən məmurlar sırasındadır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.