525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əlaqələrini genişləndirir

[25.11.21]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əlaqələrini genişləndirir<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşa Respublikasına işgüzar səfər edib.
 
Səfər Fond ilə Polşa arasındakı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və Polşada yaşayan türk kökənli milli azlıqların - tatar və karaimlərin maddi-mədəni irsinin qorunması məqsədi ilə həyata keçirilir. 

Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Türkiyə Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cengiz Kamil Fırat ilə görüşüb. Görüşlərdə türkdilli xalqlar arasında münasibətlərin möhkəmləndirilməsinin vacibliyi, eləcə də bu istiqamətdə atılacaq addımların Türk Dünyasının mədəni həyatının inkişafına təsiri ilə bağlı məsələlər müzakirə edilib.   

Səfər çərçivəsində Günay Əfəndiyeva Varşava Universitetinin Azərbaycan dili fənni üzrə təhsil alan tələbələri və Türkologiya fakültəsinin müəllimləri ilə görüşüb. Türk Dünyasının mədəni dəyərlərinin təbliği, qorunması yönündə fəaliyyət göstərən təşkilat haqqında məlumat verən Fondun prezidenti, türkdilli xalqların çoxəsrlik tarixi, zəngin irsi barəsində universitetin tələbə və müəllim heyəti ilə söhbət edib.   Görüşdə Fond ilə Varşava Universiteti arasında gələcəkdə birgə keçiriləcək tədbir və layihələrin önəmindən, eləcə də əlaqələrin genişləndirilməsinin perspektivlərindən bəhs edilib. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.