525.Az

Akademik İsa Həbibbəyli "Nizami Gəncəvi" medalı ilə təltif edilib

[25.11.21]
Akademik İsa Həbibbəyli "Nizami Gəncəvi" medalı ilə təltif edilib<b style="color:red"></b>

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli TÜRKSOY tərəfindən "Nizami Gəncəvi" medalı ilə təltif olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncamı ilə qüdrətli Azərbaycan şairinin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində ölkədə və dünyada genişmiqyaslı işlər həyata keçirilməkdədir. Bu münasibətlə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY bir sıra mühüm əhəmiyyətli layihələri icra etməkdədir. Bu günlərdə ölkəmizdə "Nizami Gəncəvi ili" çərçivəsində keçirilən tədbirlərdə TÜRKSOY-un nəşr etdiyi "Nizamini oxuyaq" kitab-albomu Nizami Gəncəvinin dünyada təbliği istiqamətində atılmış uğurlu layihədir. TÜRKSOY eyni zamanda "Nizami Gəncəvi" medalını təsis edib.

525.az xəbər verir ki, bu günlərdə Muğam mərkəzində keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən medallar təqdim olunub. "Nizami Gəncəvi ili"ndə xidmətlərinə görə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli "Nizami Gəncəvi" medalı ilə təltif olunub. Akademik İsa Həbibbəyli TÜRKSOY-un Türk xalqlarının mədəniyyətinin dünyada tanıdılmasında mühüm xidmətlər göstərdiyini bildirib və qeyd edib ki, "Nizami Gəncəvi ili" çərçivəsində Düsen Kaseinovun rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, nəşr etdiyi "Nizamini oxuyaq" kitabı yüksək qiymətə malikdir. Eyni zamanda akademik İsa Həbibbəyli "Nizami Gəncəvi" medalı ilə təltif etdiklərinə görə TÜRKSOY-a və onun baş katibi Düsen Kaseinova öz dərin minnətdarlığını bildirib. 
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.