525.Az

Rusiya XİN başçısı: "Ukraynadakı "şou" ABŞ tərəfindən idarə edilir"

[23.04.14]
Rusiya XİN başçısı: "Ukraynadakı "şou" ABŞ tərəfindən idarə edilir"<b style="color:red"></b>

 Moskva hesab edir ki, Ukraynadakı "şou" ABŞ tərəfindən idarə edilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
"ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Kiyevə səfəri zamanı anti-terror əməliyyatının bərpası haqda bəyanat verilib. Kiyev məhz Baydenin səfəri zamanı bunu elan edib. Əməliyyatların başlanması qərarı isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın Kiyevə səfərindən sonra verilmişdi. Ona görə də, Ukraynadakı "şou"nun ABŞ tərəfindən idarə edilməsinə inanmamağım üçün səbəb yoxdur".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.