525.Az

Yol hərəkətini pozanlar üçün əlavə 10 maddə

[23.04.14]
Yol hərəkətini pozanlar üçün əlavə <b style="color:red">10 maddə</b> Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının yeni xüsusiyyətləri müəyyənləşir.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 10 maddədən ibarət ayrıca 32-1 fəsli əlavə olunur.
 
Yeni fəsildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının ümumi qaydası, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası, o cümlədən inzibati xəta hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydası daxildir.
 
Əlavə olunacaq fəsildə inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası, inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma və inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması qaydası da əksini tapıb.
 
Yeni maddələr arasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar xətalar üzrə icraatın aparılması qaydası da yer alıb.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.