525.Az

Rusiya ABŞ dövlət katibinin müşavirinə viza vermir

[19.09.21]
Rusiya ABŞ dövlət katibinin müşavirinə viza vermir<b style="color:red"></b>

Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoria Nulandın Moskvaya səfərinin mümkünlüyünü şərh edib.

Bu barədə 525.az Report-a istinadən xəbər verir. Səfir qadın diplomata hələ viza verilmədiyini söyləyib: “Ona viza verilməyib”.

Bir müddət əvvəl "Kommersant" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Moskva və Vaşinqton Nulandın gəlişi ilə bağlı razılığa gəlirlər. Onun sözlərinə görə, bu səfərin ehtimalı çox yüksəkdir.

Nuland dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olub. 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarınadək Nuland, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasında, xüsusilə də postsovet dövlətlərinə qarşı siyasətlə bağlı məsələlərə nəzarət edirdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.