525.Az

ARDNŞ-dən maaş ala bilməyən işçilərlə bağlı açıqlama: "Bizə aidiyyəti yoxdur”

[16.04.14]
ARDNŞ-dən maaş ala bilməyən işçilərlə bağlı açıqlama: "Bizə aidiyyəti yoxdur”<b style="color:red"></b>

“Onlar nə deyir, kimdən şikayət edir bilmirəm. Yalnız onu deyə bilərəm ki, onlar məhdud məsuliyyətli cəmiyyətdir və bu cəmiyyətin  Azərbaycan Dövlət Neft Şirkəti ilə heç bir bağlılığı yoxdur”.

Bunu Modern.az-a açıqlamasında ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Niazməddin Quliyev bildirib.

Qeyd edək ki, ARDNŞ-ın Təhlükəsizlik İdarəsinin bazasında yaradılan "Etalon security" MMC-nin işçiləri maaşlarını ala bilmələrindən şikayətçidirlər. Məlumat üçün bildirək ki, bir müddət öncə təhlükəsizlik idarəsi ləğv olunub. Mart ayından etibarən onun yerinə "Etalon security" MMC yaranıb. İşçilər isə hələ də mart ayının maaşlarını ala bilməyiblər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.